Tenqri
Ana Səhifə
Dünya

Maskın kosmik uğuru Səudiyyə şahzadəsinə milyardlar qazandırdı

“SpaceX” şirkətinin birjada uğurlu debütü Səudiyyə Ərəbistanının ən varlı şəxslərindən biri olan şahzadə Əl-Vəlid ibn Təlal və ölkənin investisiya fondları üçün rekord gəlirlə nəticələnib Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb Bildirilib ki, “SpaceX” səhmlərinin ilk ticarət

0 baxışpublika.az
Maskın kosmik uğuru Səudiyyə şahzadəsinə milyardlar qazandırdı
Paylaş:

“SpaceX” şirkətinin birjada uğurlu debütü Səudiyyə Ərəbistanının ən varlı şəxslərindən biri olan şahzadə Əl-Vəlid ibn Təlal və ölkənin investisiya fondları üçün rekord gəlirlə nəticələnib Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb Bildirilib ki, “SpaceX” səhmlərinin ilk ticarət günündə sürətlə bahalaşması şahzadəyə məxsus “Kingdom Holding” investisiya şirkətinin dəyərini də ciddi şəkildə artırıb. Şirkətin sahib olduğu 42,4 milyon “SpaceX” səhminin bazar dəyəri 6,8 milyard dollara (11 milyard 560 milyon manat) yüksəlib ki, bu da artıq “Kingdom Holding”in ümumi bazar kapitallaşmasının təxminən yarısını təşkil edir Bunun fonunda şirkətin səhmləri ticarətin açılışında 5 faiz artıb və bazar dəyəri 56 milyard riala (23 milyard 330 milyon Azərbaycan manatı) çatıb “SpaceX”dən rekord gəlir Xatırladaq ki, “SpaceX” (Space Exploration Technologies) ötən həftə tarixdə ən iri IPO-lardan biri çərçivəsində 75 milyard dollar (127 milyard 500 milyon manat) cəlb etdikdən sonra birjada ticarətə başlayıb. İlk sessiyanın sonunda şirkətin səhmləri 19 faiz yüksələrək 160,95 dollar (273 milyard 615 milyon manat) səviyyəsində bağlanıb Bu artım şirkətin iri investorlarına da milyardlarla dollar qazandırıb. Belə ki, Piter Tilin rəhbərlik etdiyi “Founders Fund” təxminən 3 faiz paya malikdir. “Andreessen Horowitz” fondu üçün isə bu investisiyanın tarixində ən böyük gəlir gətirən layihələrdən biri olacağı bildirilir. “Sequoia Capital” da şirkətdə təxminən 1,5 faiz pay saxlayır Bundan əvvəl “Kingdom Holding” açıqlamışdı ki, şirkətin “SpaceX”də payı 0,34 faizdir. Bundan əlavə, şahzadə Əl-Vəlidin şəxsi payının da təxminən 0,29 faiz olduğu qeyd olunur “Bloomberg Billionaires Index”in hesablamalarına görə, bu aktivlərin dəyər qazanması nəticəsində Əl-Vəlid ibn Təlalın sərvəti 27 milyard dolları ötüb və son on ilin ən yüksək səviyyəsinə çatıb Ərəb sərmayəsi süni intellektə axır Məqalədə qeyd olunur ki, “SpaceX”in birja uğuru təkcə şahzadənin şirkətinə deyil, Səudiyyə Ərəbistanının suveren İctimai İnvestisiya Fonduna (PIF) də əlavə üstünlüklər yaradacaq. Fond “Kingdom Holding”də pay sahibidir və son illərdə yüksək texnologiyalarla süni intellekti iqtisadi şaxələndirmə strategiyasının əsas istiqamətlərindən birinə çevirib Bu il PIF tərəfindən dəstəklənən “Humain” şirkəti İlon Maskın “xAI” startapına 3 milyard dollar investisiya yatırıb. Bildirilir ki, bu investisiya gələcəkdə “SpaceX” səhmlərinə çevrilə biləcək pay əldə etmək imkanı yaradır Hazırda Körfəz ölkələrinin investorları süni intellekt sektorunda da fəallıqlarını artırırlar. Əbu-Dabi fondu MGX artıq “Anthropic”, “OpenAI” və “xAI” layihələrinə sərmayə yatırıb. Qətər də oxşar strategiya ilə texnologiya sektorunda mövqelərini gücləndirir Vergi ödəyiciləri şikayət edərkən hansı səhvlərə yol verirlər? - VİDEO Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO Qızıl və gümüş bahalaşdı Azərbaycan daha bir tədbirə ev sahibliyi edəcək Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirildi TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır Ağdamda çoban həmyerlisini güllələdi - Daha sonra özünə qəsd etdi Heydər Əliyevin Bakıya dəvəti: Azərbaycan daha ağır ssenaridən belə qurtuldu Ərdoğan Azərbaycanı təbrik etdi Həyati önəm kəsb edən mərhələ başladı: 4 bürc üçün xəbərdarlıq XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışladı Ərdoğandan ABŞ-İran razılaşmasına reaksiya: Onlara xəbərdarlıq etdi Bugünkü uğurların başlanğıc nöqtəsi - Azərbaycan fəlakətdən belə xilas olub Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kaynak: publika.az

Diğer Haberler