Masazırda qəza olub, xəsarət alan var - VİDEO
Masazırda yol-nəqliyyat hadisəsi baş verib Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində baş verən yol qəzasında vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub Məlumatla

Masazırda yol-nəqliyyat hadisəsi baş verib Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində baş verən yol qəzasında vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-2106" və “Chevrolet” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "VAZ-2106" markalı minik avtomobilinin sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2000-ci il təvəllüdlü Nəcəfov Əşrəf Mahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır


