Tenqri
Ana Səhifə
Dünya

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

VI “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu olan İdarəetmə bacarıqları imtahanı keçirilib AZƏRTAC xəbər verir ki, imtahan Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda iki sessiya üzrə təşkil olunub. Analitik təhlil imtahanını uğurla başa vuran 1468 namizəd İdarəetmə bacarıql

0 baxışazertag.az
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
Paylaş:

VI “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu olan İdarəetmə bacarıqları imtahanı keçirilib AZƏRTAC xəbər verir ki, imtahan Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda iki sessiya üzrə təşkil olunub. Analitik təhlil imtahanını uğurla başa vuran 1468 namizəd İdarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanıb “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında müsabiqənin İdarəetmə bacarıqları imtahanının 3 hissədən, “Sabit situasiya əsaslı tapşırıqlar”, “Şaxələnən situasiya əsaslı tapşırıqlar” blokları və “Emosional zəka” alətindən ibarət olduğunu söyləyib. O bildirib ki, imtahan çərçivəsində iştirakçılara ümumilikdə 120 tapşırıq təqdim edilib. İmtahanın ümumi müddəti 4 saat təşkil edib Fərhad Hacıyev qeyd edib ki, “Yüksəliş” müsabiqəsinin beynəlxalq qiymətləndirmə prinsiplərinə uyğun şəkildə təşkil olunmasının göstəricilərindən biri də xaricdə yaşayan iştirakçılar üçün distant imtahan imkanının yaradılmasıdır: “Bu namizədlər üçün imtahan proktorinq üsulu ilə, onlayn formatda və iki sessiya üzrə keçirilib. Proses zamanı imtahan təhlükəsizliyinin və şəffaflığın təmin olunması məqsədilə müasir texnoloji həllərdən istifadə edilib. İmtahan nəticələri T-şkala əsasında hesablanacaq. Bu qiymətləndirmə üsulu TOEFL, GMAT, SAT kimi bir sıra beynəlxalq imtahanlarda tətbiq olunur və iştirakçıların nəticələrinin daha obyektiv, müqayisəli və ədalətli şəkildə qiymətləndirilməsinə imkan yaradır” İdarəetmə bacarıqları imtahanının nəticələri imtahan başa çatdıqdan sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində təqdim olunacaq Əyani mərhələni uğurla tamamlayan iştirakçılar VI “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə müsabiqənin builki qalibləri müəyyən ediləcək Qeyd edək ki, bu günədək “Yüksəliş” müsabiqəsinin VI mövsümü üzrə ümumilikdə 17 min 651 namizəd qeydiyyatdan keçib. Onlardan 6112 nəfəri Analitik təhlil imtahanında iştirak edib. Növbəti mərhələdə isə 1468 namizəd əyani mərhələnin son turu olan İdarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanıb Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler