Marketoloq Cavid Süleymanlı Səhiyyə Nazirliyinin yeni rəqəmsal sisteminin təqdimatında iştirak edib
Tanınmış marketoloq, "Harada Media", "Harada var?", "Harada.az" və "Careers.az" layihələrinin təsisçisi Cavid Süleymanlı Səhiyyə Nazirliyinin yeni "Tibbi Rəqəmsal Əkiz Sistemi"nin (TRƏS) təqdimat mərasiminə xüsusi dəvət olunaraq tədbirdə iştirak edib Daim müasir rəqəmsal trendləri və texnoloji yeni

Tanınmış marketoloq, "Harada Media", "Harada var?", "Harada.az" və "Careers.az" layihələrinin təsisçisi Cavid Süleymanlı Səhiyyə Nazirliyinin yeni "Tibbi Rəqəmsal Əkiz Sistemi"nin (TRƏS) təqdimat mərasiminə xüsusi dəvət olunaraq tədbirdə iştirak edib Daim müasir rəqəmsal trendləri və texnoloji yenilikləri yaxından izləyən Cavid Süleymanlı tədbir çərçivəsində yeni "TRƏS" tətbiqi ilə yaxından tanış olub Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən ictimaiyyətə təqdim edilən, texnologiya sahəsində inqilab olan "TRƏS" vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanmasını və fasiləsiz mübadiləsini təmin edir Tədbirdə dövlət qurumlarının, səhiyyə müəssisələrinin, beynəlxalq tərəfdaşların, tibb ictimaiyyətinin və medianın nümayəndələri iştirak ediblər Açılış nitqi ilə çıxış edən Səhiyyə Naziri Teymur Musayev bildirib ki, rəqəmsal səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm addımlar atılıb Qeyd edək ki, tədbirdə xüsusi qonaq qismində iştirak edən Cavid Süleymanlı Azərbaycanda yeni nəsil marketinq proyektlərinin qurucusudur və həyata keçirdiyi layihələrlə daim Azərbaycan gəncləri ilə birlikdə ölkəmizin gələcəyinə öz töhfəsini verməkdə davam edir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

