Mario Lemina: "Bacardığımız hər şeyi qazanmağa çalışacağıq, çünki bura Qalatasaraydır"
"Qalatasaray"ın futbolçusu Mario Lemina gələcək mövsümdə qazana biləcəkləri bütün kubokları qazanmaq istədiklərini bildirib Trendyol Super Liqasının 34-cü və son həftəsində çempion "Qalatasaray" səfərdə "Kasımpaşa"ya 1:0 hesabı ilə uduzub. Qarşılaşmadan sonra "sarı-qırmızılar"ın qabonlu futbolçusu
"Qalatasaray"ın futbolçusu Mario Lemina gələcək mövsümdə qazana biləcəkləri bütün kubokları qazanmaq istədiklərini bildirib Trendyol Super Liqasının 34-cü və son həftəsində çempion "Qalatasaray" səfərdə "Kasımpaşa"ya 1:0 hesabı ilə uduzub. Qarşılaşmadan sonra "sarı-qırmızılar"ın qabonlu futbolçusu Mario Lemina mətbuata açıqlama verib. Bu mövsüm üçün qürur hissi keçirdiyini bildirən Lemina, "Hər şey bizim üçün həqiqətən çətin idi, amma yenə də bacardıq. Ona görə də həqiqətən qürur duyuruq; azarkeşlər sevinir, texniki heyət sevinir, futbolçular sevinir... Ona görə də indi qürur duyuruq və rahatladıq" dedi "Bacardığımız hər şeyi qazanmağa çalışacağıq, çünki bura Qalatasaraydır" Növbəti mövsümlə bağlı fikirlərini bildirən 32 yaşlı futbolçu, "Bildiyim qədər, hamı bizim daha yaxşı nailiyyətlər əldə etməyimizi istəyir. Ona görə də çalışacağıq ki, liqada daha yaxşı, Çempionlar Liqasında daha yaxşı olub, kuboku qazanaq. Əlimizdən gələni qazanmağa çalışacağıq. Çünki bura "Qalatasaray"dır" Komandada qalıb-qalmayacağı ilə bağlı sualı isə Lemina belə cavablandırıb: "Bilirsiniz, mən bu məsələdən danışa bilmərəm. Bu, prezidentin mövzusudur, bizim keçirəcəyimiz görüşlərdən gedir. Amma hər şey çox rahatdır, bilirsiniz. İndi mənim tətilimi keçirmək vaxtıdır". - İSTANBUL


