Tenqri
Ana Səhifə
Dünya

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı layihələrinin qəbulu ilə bağlı məsələlər müzakirə olunub Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma

0 baxışazertag.az
Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək
Paylaş:

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı layihələrinin qəbulu ilə bağlı məsələlər müzakirə olunub Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) AZƏRTAC-a bildirilib ki, “Maşınqayırma, mexaniki və hidravlik sistemlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK56) ilk iclası keçirilib İclasda AZSTAND-la yanaşı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), “BakuBus” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Gəmiqayırma Zavodu” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Suraxanı Maşınqayırma Zavodu” ASC və “Azneftkimyamaş–Balaxanı Maşınqayırma Zavodu” ASC-nin nümayəndələri iştirak ediblər İclas zamanı maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı layihələrinin qəbulu ilə bağlı məsələlər müzakirə olunub. Qeyd edilib ki, standart layihələrinin hazırlanmasında əsas məqsəd maşın və avadanlıqların təhlükəsizliyinin təmin edilməsi, istehsalat proseslərində əməyin mühafizəsinin gücləndirilməsi, səs-küy və vibrasiya göstəricilərinin qiymətləndirilməsi, habelə təhlükəli maddələrin insan sağlamlığına və ətraf mühitə təsirinin minimuma endirilməsi istiqamətində vahid texniki tələblərin tətbiqinin təmin edilməsidir İclas çərçivəsində, həmçinin “2026–2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nın icrası ilə bağlı Texniki Komitənin fəaliyyət planının həyata keçirilməsi məsələlərinə nəzər salınıb, iştirakçıların rəy və təklifləri dinlənilib Müzakirələrin yekununda “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlamentin əsas tələblərinin təmin olunması məqsədilə istinad standartları kimi tətbiqi nəzərdə tutulan 42 yeni dövlət standartı layihəsi səs çoxluğu ilə qəbul edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler