Başlıqlar yanır! Tarixi qarşılaşma hər kəsi şoka salıb
UEFA Çempionlar Liqasının yarımfinalında keçirilən PSJ - Bayern Münhen matçı 9 qolla Avropa futbolunun gündəminə damğasını vurub. Fransa yığmasının 5-4 hesabı ilə qalib gəldiyi görüş həm hesabı, həm də tempi ilə unudulmaz oldu Avropa mətbuatı Parc des Princes-də oynanılan matça geniş yer verib. L'

UEFA Çempionlar Liqasının yarımfinalında keçirilən PSJ - Bayern Münhen matçı 9 qolla Avropa futbolunun gündəminə damğasını vurub. Fransa yığmasının 5-4 hesabı ilə qalib gəldiyi görüş həm hesabı, həm də tempi ilə unudulmaz oldu Avropa mətbuatı Parc des Princes-də oynanılan matça geniş yer verib. L'Equipe, PSJ-nin nəfəs kəsən matçda Bayern'i məğlub etdiyini yazarkən, RMC Sport matçı "unudulmaz anlarla dolu yarımfinal" olaraq xarakterizə etdi İtaliya mətbuatından olan "La Gazzetta dello Sport" matçı "ilin matçı" kimi qiymətləndirərək, "tam ziyafət" adlandırıb. Corriere dello Sport da matçı "qollarla dolu sensasiyalı final" kimi qiymətləndirib İspaniya mətbuatı da tarixi matça geniş yer verib. AS qəzeti döyüşü "epik döyüş" kimi şərh edərkən, Marca bunu "hücum futboluna verilən qiymət" adlandırdı. Mundo Deportivo iki komandanın unudulmaz şou nümayiş etdirdiyini vurğulayıb PSJ-nin baş məşqçisi Luis Enrike karyerasında heç vaxt belə templi bir matç yaşamadığını ifadə edərək, "Daha əvvəl heç vaxt belə intensivlikli matç görməmişdim" dedi. Bayern cəbhəsində Vincent Kompany revanş üçün ümidli danışdı, Harri Keyn isə döyüşü "çılğın bir matç" olaraq xarakterizə etdi. İlk matçda 5-4 qalib gələn PSJ revanş öncəsi üstünlüyü əldə edərkən, final bileti Münhendə keçiriləcək ikinci matçda müəyyənləşəcək

