Manchester United-Liverpool matçında 5 qol! Çempionlar Liqasına vəsiqəni aldılar
İngiltərə Premyer Liqasının 35-ci turunda "Mançester Yunayted" və "Liverpul" komandaları üz-üzə gəlib. “Old Trafford”da keçirilən oyunda “Mançester Yunayted” 3-2 hesabı ilə qalib gəlib Oyuna çox sürətli başlayan Mançester Yunayted 6-cı dəqiqədə Matheus Cunha və 22-ci dəqiqədə Benjamin Sesko'nun qol

İngiltərə Premyer Liqasının 35-ci turunda "Mançester Yunayted" və "Liverpul" komandaları üz-üzə gəlib. “Old Trafford”da keçirilən oyunda “Mançester Yunayted” 3-2 hesabı ilə qalib gəlib Oyuna çox sürətli başlayan Mançester Yunayted 6-cı dəqiqədə Matheus Cunha və 22-ci dəqiqədə Benjamin Sesko'nun qolları ilə 2-0 önə keçib İkinci hissəyə sürətli başlayan tərəf qonaq komanda olub. 47-ci dəqiqədə Dominik Szoboszlai və 56-cı dəqiqədə Kodi Qakponun qolları ilə "Liverpul" hesabı 2-2 edib Hesab tarazlaşdırıldıqdan sonra hər iki komanda təsirli hücumlar qurdu və axtardıqları qolu məhz “Mançester Yunayted” tapdı. Meydan sahibləri 77-ci dəqiqədə Kobbi Mainunun qolu ilə yenidən hesabda önə keçib və matçı 3-2 hesabı ilə qazanıb Bu nəticə ilə “Mançester Yunayted” xallarını 64-ə yüksəldib və gələn il Çempionlar Liqasında oynamaq hüququ qazanıb. Liqada 3 həftədən sonra məğlub olan "Liverpul" 58 xalla qalıb. Liqanın növbəti oyun həftəsində “Mançester Yunayted” səfərdə “Sanderlend”in qonağı olacaq. "Liverpul" doğma meydanda "Çelsi"ni qəbul edəcək


