Manavgat Bələdiyyəsi iddiasında qərar verildi: Vəzifəsi dayandırılan bələdiyyə sədrinə 45 il həbs!
Antalyada Manavgat Bələdiyyəsinə qarşı aparılan korrupsiya, rüşvət və qəsb istintaqında diqqətçəkən qərar qəbul edilib Antalya Regional Ədliyyə Məhkəməsində baxılan iddiada, həbsdə olan keçmiş bələdiyyə sədri Niyazi Nefi Kara və bir çox müttəhimə həbs cəzası verilib Məhkəmə Niyazi Nefi Karanı "c

Antalyada Manavgat Bələdiyyəsinə qarşı aparılan korrupsiya, rüşvət və qəsb istintaqında diqqətçəkən qərar qəbul edilib Antalya Regional Ədliyyə Məhkəməsində baxılan iddiada, həbsdə olan keçmiş bələdiyyə sədri Niyazi Nefi Kara və bir çox müttəhimə həbs cəzası verilib Məhkəmə Niyazi Nefi Karanı "cinayət törətmək üçün təşkilata rəhbərlik etmək", "hədə-qorxu ilə tələb etmə", "mənimsəmə", "rüşvət alma" və "cinayət nəticəsində əldə edilmiş əmlak sərvətlərinin yuyulması" maddələri ilə təqsirli bilib Məhkəmə Karanı ümumilikdə 45 il 22 ay 13 gün həbs və məhkəmə cəriməsi ilə cəzalandırıb İstintaq zamanı “paxlava qutusunda rüşvət” iddiaları ilə gündəmə gələn keçmiş bələdiyyə sədrinin müavini Mehmet Engin Tüter haqqında da qərar verilib Məhkəmə Mehmet Engin Tüteri təşkilata üzv olmaq, rüşvət almaq, mənimsəmə və çirkli pulların yuyulmasında ittiham edərək ümumilikdə 40 il 20 ay müddətinə azadlıqdan məhrum edib Bundan əlavə, Mehmet Engin Tüterə 2 milyon lirə məhkəmə cəriməsi tətbiq edilməsinə qərar verilib İş üzrə mühakimə olunan digər müttəhimlər üçün müxtəlif həbs və bəraət hökmlərinin verildiyi öyrənilib Məhkəmə həmçinin həbsdə olan müttəhimlərin hazırkı vəziyyətinin davam etdirilməsi barədə qərar verib
.jpg&w=2048&q=70)

