Tenqri
Ana Səhifə
Dünya

Mamuka Vojayeviç: Prezidentin sərginin açılışında iştirakı Azərbaycanda dövlətin biznesə göstərdiyi diqqətin göstəricisidir

Mən dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə iştirak etmişəm. Nə Asiya, nə də Avropa dövlətlərində ölkə prezidentinin sərgiyə gəlib sahibkarlarla maraqlanmasını görməmişəm. Azərbaycan Prezidenti İlham Əliyevin sərgiyə bu qədər diqqət göstərməsi dövlətin kənd təsərrüfatı sahəsində çalışanlar

0 baxışazertag.az
Mamuka Vojayeviç: Prezidentin sərginin açılışında iştirakı Azərbaycanda dövlətin biznesə göstərdiyi diqqətin göstəricisidir
Paylaş:

Mən dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə iştirak etmişəm. Nə Asiya, nə də Avropa dövlətlərində ölkə prezidentinin sərgiyə gəlib sahibkarlarla maraqlanmasını görməmişəm. Azərbaycan Prezidenti İlham Əliyevin sərgiyə bu qədər diqqət göstərməsi dövlətin kənd təsərrüfatı sahəsində çalışanlara qayğısının nümunəsidir Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda iştirak edən Gürcüstanın “Farcon” ədviyyat istehsal edən şirkətinin həmtəsisçisi Mamuka Vojayeviç deyib Onun sözlərinə görə, dünyada baş verən iqlim dəyişmələri su çatışmazlığı, təbii fəlakətlər, torpaqların eroziyasi kimi problemlər yaradır “Belə bir zamanda kənd təsərrüfatının vəziyyəti pisləşir, fermerlər bol məhsul toplayıb bazara çıxarmaqda çətinlik çəkirlər. Lakin Azərbaycanda hökumətin bu səhəyə diqqəti məncə nümunə olmalıdır. Azərbaycan unikal ölkədir, Gürcüstan ilə çox yaxşı və mehriban qonşuluq siyasəti aparır ki, bu da sevindirici haldır. Mühüm nəqliyyat dəhlizlərinin keçdiyi coğrafiyada yerləşən Azərbaycanın üzərindən keçməklə biz də Çindən xammal alırıq. Bizim şirkət ədviyyatlarla yanaşı bitkimənşəli dərman vasitələri də istehsal edir. Bunun üçün isə Çindən, Koreyadan və digər Cənub-Şərqi Asiya ölkələrindən xammal alırıq və Azərbaycan üzərindən idxal edirik”, - deyə Mamuka Vojayeviç vurğulayıb Sərgi və forum haqqında danışan M.Vojayeviç qeyd edib ki, sərgi çərçivəsində yerli iş adamları və fiziki şəxslərlə əlaqələr qurmağa çalışacağını sözlərinə əlavə edib: “İstehsal etdiyimiz ədviyyatlara gəlincə, bütün xalqların mətbəxlərində ədviyyat istifadə olunur. Biz Azərbaycana da istehsal etdiyimiz məhsuldan ixrac edirik və ümid edirəm ki, bu sərgidə tərəfdaşlar tapıb ixracın həcmini artıracağıq” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler