Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq
Ötən il icmal büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti 28,7 faizə çatıb. İcmal büdcənin qeyri-neft baza kəsiri qeyri-neft ÜDM-in cəmi 18,6 faizinə bərabər olub. Bu da çox önəmli bir göstəricidir AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyas

Ötən il icmal büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti 28,7 faizə çatıb. İcmal büdcənin qeyri-neft baza kəsiri qeyri-neft ÜDM-in cəmi 18,6 faizinə bərabər olub. Bu da çox önəmli bir göstəricidir AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib Nazir, həmçinin bildirib: “Bizim büdcəmiz bütün dünya ölkələrində olduğu kimi, adətən kəsirlə proqnozlaşdırılır. Bizim kəsirimiz ümumi büdcə seqmentində proqnoz olaraq 2,2; 2,3; 2,5 faiz ətrafında proqnozlaşdırılır. Eyni zamanda, biz ikinci bir göstərici də müəyyən etmişik. Bu, qeyri-neft baza kəsiridir, yəni büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft xərclərinə nisbətdə göstəricisidir. Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq və düşünürük ki, bu rəqəmin aşağı düşməsi Azərbaycan dövlət büdcəsinin makroiqtisadi, fiskal çərçivələrinin sağlamlaşdırılması, daha da sağlam, dayanıqlı olması üçün çox önəmli göstəricidir. Keçən ilin icrasında bu göstərici ÜDM-in cəmi 18,6 faizinə bərabər olub. Hədəf göstəricisi 22 faiz idi. Yəni biz hədəf göstəricidən 3,5 faiz bəndi daha aşağı nəticə əldə etmişik. Əlbəttə, növbəti dövrlərdə bu rəqəmin daha da aşağı salınması proqnozlaşdırılır. Təsdiq olunmuş ortamüddətli xərclər çərçivəsində 2029-cu ilə biz bu rəqəmin 13 faizə qədər azaldılmasını planlaşdırırıq” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Kılıçdaroğlu qrup toplantısı böhranından sonra qərargahda danışdı: Biz təmizlənəcəyik, mütləq etibarsızlıq davasını bu partiyanın başına gətirənlərdən hesab çəkməsəm şərəfsiz olaram! | T24

Ədliyyə qarşısında kədərlənən ana: Presedent qərar istəyirik
