Malayziyanın Özbəkistandakı səfiri diplomatik fəaliyyətini başa vurur
Malayziyanın Özbəkistandakı səfiri İlham Tuah bin İlyas diplomatik fəaliyyətini başa vurub. Bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov məlumat verib Nazirlikdən verilən məlumata görə, vida görüşündə tərəflər son illər iki ölkə arasında siyasi dialoqun, ticarət-iqtisadi əlaqələrin, i

Malayziyanın Özbəkistandakı səfiri İlham Tuah bin İlyas diplomatik fəaliyyətini başa vurub. Bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov məlumat verib Nazirlikdən verilən məlumata görə, vida görüşündə tərəflər son illər iki ölkə arasında siyasi dialoqun, ticarət-iqtisadi əlaqələrin, investisiya, təhsil, turizm, mədəni-humanitar əməkdaşlığın sürətlə inkişaf etdiyini məmnunluqla qeyd ediblər Səfirin iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfə də yüksək qiymətləndirilib Görüşün sonunda İlham Tuah bin İlyasa gələcək fəaliyyətində uğurlar arzulanıb Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Küveytin bu ölkədə yeni təyin olunmuş səfiri Turki Xalid Həməd Əl-Mikradın etimadnaməsinin surətlərini qəbul edib

