Malayziya Azərbaycanla halal məhsul və xidmətlər üzrə təcrübə mübadiləsinə hazırdır - MATRADE rəsmisi (Eksklüziv)
BAKI, Azərbaycan, 16 iyun. Malayziya halal məhsul və xidmətlər sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır, - İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantısı çərçivəsində Trend-ə Malayziya Xarici Ticarətin İnkişafı Korporasiyasının (MATRADE) baş direktoru Raca Badrulni
BAKI, Azərbaycan, 16 iyun. Malayziya halal məhsul və xidmətlər sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır, - İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantısı çərçivəsində Trend-ə Malayziya Xarici Ticarətin İnkişafı Korporasiyasının (MATRADE) baş direktoru Raca Badrulnizam bildirib O bildirib ki, həm Azərbaycan, həm də Malayziya İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan müsəlman ölkələridir və iqtisadi inkişaf baxımından kifayət qədər dinamik ölkələr hesab olunur "Bu, mənim Azərbaycana ilk səfərimdir və görürəm ki, ölkə çox inkişaf edir. Malayziya da inkişaf etmiş ölkədir. Aramızda ticarət, turizm, xüsusilə də halal ticarət sahələrində əməkdaşlıq üçün geniş imkanlar var", - o qeyd edib Badrulnizam Malayziyanın halal məhsul və xidmətlər sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu təcrübə tikinti, yol infrastrukturu, xəstəxana idarəçiliyi, halal məhsulların sertifikatlaşdırılması, logistika kimi sahələri əhatə edir O əlavə edib ki, Malayziya bir sıra İƏT ölkələrində halal sənayenin inkişafını dəstəkləyir və bu ölkələr Malayziyanın təcrübəsindən fəal şəkildə istifadə edirlər MATRADE rəhbəri Malayziyada hər il keçirilən MIHAS beynəlxalq halal sərgisi haqqında da məlumat verib və azərbaycanlı iş adamlarını və dövlət rəsmilərini bu tədbirdə iştiraka dəvət edib "MIHAS dünyanın ən böyük halal sərgisidir və hər il onlarla ölkədən on minlərlə ziyarətçini bir araya gətirir. Bu platforma həm də Azərbaycan biznesi üçün böyük imkanlar yaradır" Bədrulnizam Azərbaycanla əməkdaşlığın genişləndirilməsi, o cümlədən anlaşma memorandumlarının imzalanması imkanlarını da qeyd edib O qeyd edib ki, iki ölkə arasında ticarətin artırılması üçün ilk növbədə qarşılıqlı imkanların və güclü tərəflərin daha yaxşı öyrənilməsi vacibdir "Azərbaycan və Malayziya bir-birinin üstünlüklərini və problemlərini başa düşməlidir. Xüsusilə elektron ticarət, halal sənaye və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var" MATRADE rəhbəri əlavə edib ki, bu əməkdaşlığın inkişafında özəl sektor nümayəndələrinin görüşləri və dövlət dəstəyi mühüm rol oynayır

