Tenqri
Ana Səhifə
Dünya

Makrona sərt mesaj: Fransa beynəlxalq məsuliyyətini siyasi maraqlarına qurban verir

Prezident İlham Əliyevin Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü zamanı Fransa və bu ölkənin prezidenti Emmanuel Makron ilə bağlı səsləndirdiyi fikirlər regionda geniş müzakirələrə səbəb olub. Dövlət başçısı xüsusilə Fransanın Ermənistan-Azərbaycan münasibətlərində tutduğu mövqeyə

0 baxışpublika.az
Makrona sərt mesaj: Fransa beynəlxalq məsuliyyətini siyasi maraqlarına qurban verir
Paylaş:

Prezident İlham Əliyevin Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü zamanı Fransa və bu ölkənin prezidenti Emmanuel Makron ilə bağlı səsləndirdiyi fikirlər regionda geniş müzakirələrə səbəb olub. Dövlət başçısı xüsusilə Fransanın Ermənistan-Azərbaycan münasibətlərində tutduğu mövqeyə və rəsmi Parisin bölgədə oynamağa çalışdığı rola toxunub Prezident deyib: "Bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi. Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq" Mövzu ilə bağlı Publika.az-a açıqlama verən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov bildirdi ki, Makronun son bəyanatları Prezident İlham Əliyevin sərt cavab verməsini şərtləndirib Makron səhv məlumatlar verdi Politoloq qeyd etdi ki, Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər reallığı əks etdirmir: “Fransa prezidenti Ermənistanda səfəri zamanı verdiyi bəyanatlar, xüsusən də Ermənistan-Azərbaycan münasibətlərinə dair 2022-ci ildən Makronun iştirakı ilə aparılan danışıqlar haqqında interpretasiyalar Azərbaycan Prezidenti İlham Əliyevi bu ifadələri səsləndirməyə məcbur etdi. Yəni Fransa prezidenti sülh prosesində hər hansı bir rol oynamayıb. Nəinki müsbət, hətta mənfi rol oynayıbdır. Lakin onun səhv məlumatlar verməsi Azərbaycan Prezidenti tərəfindən müvafiq cavabın verilməsinə gətirib çıxardı” Fransa geosiyasi oyun aparmağa çalışır F.Məmmədovun sözlərinə görə, Fransa beynəlxalq məsuliyyətini öz siyasi maraqlarına qurban verir: “Əlbəttə, Fransa Təhlükəsizlik Şurasının daimi üzvüdür, lakin Azərbaycan Prezidenti də qeyd etdi ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi də, 2020-ci ilin 44 günlük müharibəsindən sonra da Fransa Təhlükəsizlik Şurasının digər daimi üzvləri kimi dünyada üzərinə götürdüyü məsuliyyəti öz maraqlarına qurban verdi. Yəni beynəlxalq hüquqa zidd hərəkətlər həyata keçirdi" Müsahibimiz sonda qeyd etdi ki, hazırda Fransanın Cənubi Qafqaz siyasətində Ermənistan üzərində geosiyasi oyunlar aparmaq cəhdi də mövcuddur: "Bu cəhd regionu geosiyasi münaqişə meydanına çevirə bilər. Dünya anlayır ki, erməni mövzusu Fransada artıq daxili siyasət mövzusudur. Amma bunun Makron tərəfindən bu formada təqdim edilməsi ilk növbədə regional təhlükələr yarada bilər” Müəllif: Adəm Abbaslı Makronun Ermənistan şousu: Əliyev onun “arzusunu gözündə qoydu” Minsk qrupunun diplomatik xəcaləti - Həmsədrlər tarixə belə düşdü Prezidentin Zəngilandan verdiyi mesajlar: Əliyevin ən böyük arzusu Azərbaycana həsr edilən Heydər Əliyev ömrü Faşizm üzərində qələbədə Azərbaycanın həlledici rolu - FOTOLAR Makrona növbəti Əliyev-Ərdoğan “şapalağı” - Fransaya Cənubi Qafqazla bağlı mesaj verildi Başqa alternativ yoxdur! - Qalibafdan sərt sözlər 460 milyon qrivnanın yuyulmasında iştirak edib... - Yermakı hansı cəza gözləyir? Ədalətli hakimlik olsaydı, onlar zirvədə olmazdı - Şok ittiham Günün ulduz falı: ailə ilə bağlı qərarlar önəmli olacaq Hərbçilərimiz Kəlbəcərdə minaya düşdülər Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video Prezidentin xüsusi diqqət göstərdiyi şəhid atasından açıqlama ÜST hantavirusla bağlı yayılan bu məlumatı təsdiqlədi

Kaynak: publika.az

Diğer Haberler