Tenqri
Ana Səhifə
Dünya

Magistraturaya qəbul imtahanının ikinci cəhdi üçün 4 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat davam edir Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və

0 baxışazertag.az
Magistraturaya qəbul imtahanının ikinci cəhdi üçün 4 mindən çox bakalavr ərizəsini təsdiq edib
Paylaş:

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat davam edir Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və aprelin 14-ü saat 23:59-dək davam edəcək Aprelin 7-si aprel saat 09:15-ə olan məlumata əsasən, 4252 bakalavr ərizəsini təsdiq edib. Onlardan 3808-i Azərbaycan bölməsi, 444-ü isə rus bölməsi üzrə namizədlərdir 2026-cı ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçirlər İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni qayda ilə bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər) 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler