Tenqri
Ana Səhifə
Dünya

Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır

Macarıstanın yeni Baş naziri Peter Macyar və sabiq hökumət başçısı Viktor Orban gəlir bəyannamələrini təqdim ediblər AZƏRTAC xəbər verir ki, milli parlamentin saytında dərc edilmiş gəlir bəyannamələri yeni Baş nazirin daha varlı olduğunu ortaya çıxarıb Aprelin 12-də keçirilən parlament seçkilərind

0 baxışazertag.az
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
Paylaş:

Macarıstanın yeni Baş naziri Peter Macyar və sabiq hökumət başçısı Viktor Orban gəlir bəyannamələrini təqdim ediblər AZƏRTAC xəbər verir ki, milli parlamentin saytında dərc edilmiş gəlir bəyannamələri yeni Baş nazirin daha varlı olduğunu ortaya çıxarıb Aprelin 12-də keçirilən parlament seçkilərindən sonra nazirlər və parlament üzvləri də daxil olmaqla, bütün yeni və sabiq siyasətçilər iyunun 9-dək gəlir bəyannamələrini təqdim ediblər Orbanın bəyannaməsindən aydın olub ki, 16 illik hakimiyyəti dövründə onun bank hesabında yalnız 9,1 milyon forint (25,6 min avro) toplanıb. O və həyat yoldaşı Budapeştin nüfuzlu 12-ci rayonunda bir evə, eləcə də doğma vətəni Felcut qəsəbəsində daşınmaz əmlaka sahibdirlər. Bəyannamədə heç bir şirkət səhmləri və ya digər qiymətli kağızlar qeyd edilmir. Həmçinin borcu da yoxdur Macyarın bəyannaməsində isə yetərincə böyük əmanətlər qeyd edilib. O, bir neçə investisiya fondunda ümumi dəyəri 197 min avro olan qiymətli kağızlara sahibdir. Onun, həmçinin 5 milyon forint (14 min avro) nağd pulu var. Siyasətlə məşğul olmazdan əvvəl Macyar hökumətin tələbə krediti ofisinə rəhbərlik edib Orban kimi, Macyar da Budapeştin 12-ci rayonunda bir evə, eləcə də Balaton gölü yaxınlığında 49 kvadratmetrlik mənzilə və tikinti aparılmamış torpaq sahəsinə sahibdir. O, həmçinin bəyannaməsinə “Volvo XC60” avtomobili, “Yamaha” pianosu və iki rəsm əsəri qeyd edib. Macyarın ümumi məbləği 60 min avro olan kreditləri var 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler