Tenqri
Ana Səhifə
Dünya

“Maarifçi” proqramına qəbul üzrə müsahibə mərhələsində 881 nəfər iştirak edəcək

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Rəqəmsal gələcək” devizi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul üçün test imtahanının nəticələri elan olunub. Ümumilikdə 2300 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə əsasən, 881 nə

0 baxışazertag.az
“Maarifçi” proqramına qəbul üzrə müsahibə mərhələsində 881 nəfər iştirak edəcək
Paylaş:

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Rəqəmsal gələcək” devizi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul üçün test imtahanının nəticələri elan olunub. Ümumilikdə 2300 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə əsasən, 881 nəfər müsahibə mərhələsinə keçib. İştirakçılara nəticələr barədə məlumat SMS vasitəsilə təqdim edilib Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib Mayın 7-dən etibarən “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçiriləcək müsahibə mərhələsi ilə bağlı ətraflı məlumat iştirakçılara əvvəlcədən göndəriləcək Qeyd edək ki, 4 ay davam edəcək “Maarifçi” proqramının əsas məqsədi tələbə və yeni məzunlara praktiki təcrübə qazandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə şərait yaratmaq və peşəkar kompetensiyalarını gücləndirməkdir. Proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler