Tenqri
Ana Səhifə
Dünya

Yalançı şirkətlər, vətəndaşları aldadan: bir qrup fırıldaqçının məhkəməsi

Vətəndaşları aldadaraq şirkətləri onların adlarına qeydiyyatdan keçirməkdə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslər yaxın günlərdə məhkə

0 baxışhaqqin.az
Yalançı şirkətlər, vətəndaşları aldadan: bir qrup fırıldaqçının məhkəməsi
Paylaş:

Vətəndaşları aldadaraq şirkətləri onların adlarına qeydiyyatdan keçirməkdə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslər yaxın günlərdə məhkəmə qarşısına çıxacaq Baş Prokurorluğun apardığı araşdırmalar nəticəsində on nəfərə yaxın şəxs cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında “ŞARM DİZAYN” MMC-nin rəhbəri Elton Səlimov, “KANARYA.LLD” MMC-nin rəhbəri Çələbi Məmmədov, “ZINAV-LTD” MMC-nin rəhbəri Rövşən Hüseynov, habelə şəriklikdə təqsirləndirilən digər şəxslər: Allahverən Musayev, Elmin Həsənli, Elşən Bünyatov, Vüsal Hacıyev də var Müəyyən edilib ki, təqsirləndirilən şəxslər vətəndaşları aldadaraq öz adlarına və qeydiyyatdan keçirdikləri şirkətlərə VÖEN-ləri veriblər, bundan sonra həmin hüquqi şəxslər vasitəsilə müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər. Zərərçəkmişlərdən biri Vergi Xidmətindən bildiriş aldıqdan sonra onun adına şirkət açıldığını və 55 min manat məbləğində vergi borcunun yarandığını öyrənib. Xaricə səfər etmək niyyətində olan digəri isə adına qeydiyyatda olan şirkətlərə 40 min manatdan çox vergi borcu olduğuna görə ölkədən çıxışına məhdudiyyət qoyulduğunu aşkar edib Araşdırma zamanı o da məlum olub ki, başqa vətəndaşın adına rəsmiləşdirilən şirkətlər üzrə ümumilikdə 1 milyon manatdan çox dövriyyə qeydə alınıb. Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən şikayətlər və yerinə yetirilməmiş vergi öhdəlikləri üzrə genişmiqyaslı araşdırma aparılıb. İş üzrə zərərçəkmiş tərəf kimi Dövlət Vergi Xidməti tanınıb Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq xüsusilə külli miqdarda), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri ilə ittiham olunublar

Kaynak: haqqin.az

Diğer Haberler