Böyük Britaniyada miqrantlara qarşı nümayiş başlayıb
Şimali İrlandiyada miqrantlara qarşı etiraz aksiyası başlayıb. Buna yerli sakini bıçaqla yaralayan Sudandan olan qaçqın səbəb olub. 30 yaşlı sudanlı adam öldürməyə cəhddə ittiham olunub. Polis hadisənin terrorla əlaqəsi olmadığını bildirib. Ölkədəki fəallar başqalarını da kütləvi etiraz aksiyasına d

Şimali İrlandiyada miqrantlara qarşı etiraz aksiyası başlayıb. Buna yerli sakini bıçaqla yaralayan Sudandan olan qaçqın səbəb olub. 30 yaşlı sudanlı adam öldürməyə cəhddə ittiham olunub. Polis hadisənin terrorla əlaqəsi olmadığını bildirib. Ölkədəki fəallar başqalarını da kütləvi etiraz aksiyasına dəvət ediblər. Yüzlərlə maskalı insan Belfast küçələrinə çıxaraq avtobusları, avtomobilləri və zibil qutularını yandırıb. Onlar yolları bağlayıb, nəqliyyatın hərəkətinə mane olublar. Metronun fəaliyyəti dayanıb. Polis şəhər sakinlərini sakit olmağa, zorakılıq və iğtişaşlardan çəkinməyə çağırıb


