Ülviyyə Bəbirli: Mahnı Teatrı böyük sənətkar Rəşid Behbudovun irsini davam etdirir
Bu gün Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq artisti Rəşid Behbudovun anım günüdür. Lakin biz onu yalnız bir gün deyil, hər gün yad edirik. Mahnı Teatrı onun adını daşıyır və bu sənət ocağı böyük sənətkarın irsini davam etdirir. Bu isə bizim üzərimizə böyük məsuliyyət, eyni zam

Bu gün Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq artisti Rəşid Behbudovun anım günüdür. Lakin biz onu yalnız bir gün deyil, hər gün yad edirik. Mahnı Teatrı onun adını daşıyır və bu sənət ocağı böyük sənətkarın irsini davam etdirir. Bu isə bizim üzərimizə böyük məsuliyyət, eyni zamanda, şərəfli bir missiya qoyur Bunu AZƏRTAC-a açıqlamasında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirli söyləyib O, Teatrda Rəşid Behbudovun yaradıcılığı istiqamətində yeni proqramlar və repertuarlar üzərində davamlı iş aparıldığını deyib "Ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rəşid Behbudovun xatirə otağı açılıb. Bu gün həmin məkan sənətkarın şəxsi əşyalarının, ona hədiyyə olunmuş qiymətli eksponatların nümayiş olunduğu xüsusi bir mədəniyyət guşəsi kimi fəaliyyət göstərir", - deyə Ülviyyə Bəbirli əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


