Lukaşenko Zelenskidən əvvəl söylədiklərinə görə üzr istəyib
Belarus lideri Aleksandr Lukaşenko “Al Arabiya English” telekanalına müsahibəsində ölkəsinin Ukraynaya qarşı müharibə etməyəcəyini bildirib və Ukrayna prezidentinə son sərt sözlərinə görə Vladimir Zelenskidən üzr istəyib “Svoboda” radiosunun Belarus xidmətinin məlumatına görə, Lukaşenko digər məsə

Belarus lideri Aleksandr Lukaşenko “Al Arabiya English” telekanalına müsahibəsində ölkəsinin Ukraynaya qarşı müharibə etməyəcəyini bildirib və Ukrayna prezidentinə son sərt sözlərinə görə Vladimir Zelenskidən üzr istəyib “Svoboda” radiosunun Belarus xidmətinin məlumatına görə, Lukaşenko digər məsələlərlə yanaşı, Ukrayna və Yaxın Şərqdəki münaqişələrin “hərbi yolla həllinin” olmadığını qeyd edib. Belarusun Ukrayna ilə müharibəyə girə biləcəyindən danışan Lukaşenko bu halda Belarusun “hərbi baxımdan çox zəif” olacağını bildirib. Çünki "Belarus sanki Ukrayna əsgərlərinin əlindədir. Biz çox gözəl başa düşürük ki, bizim əsas həyat təminatlı obyektlərimiz - istehsal və logistika mərkəzləri hücuma məruz qalacaq. Necə deyərlər, Belarus ərazisində 500-ə yaxın belə hədəfi nişanlayıblar", - Belarus lideri bildirib Eyni zamanda o, Minskin Ukraynaya hücum etmək planının olmadığını və Rusiya prezidenti Vladimir Putinin ona dediyini təkrarlayıb: "Biz Belarusun hər hansı formada müharibəyə girməsinin qəbuledilməz olduğunu başa düşürük. Bunun xeyirdən çox zərəri olacaq" Lukaşenko həmçinin mayın sonunda verdiyi açıqlamalara görə Zelenskidən üzr istəyib. Ukrayna prezidenti Belarusdan mümkün təcavüzə cavab olaraq Ukraynanın bu ölkənin ərazisindəki hədəflərə zərbələr endirəcəyini bildirib və Kiyevin Lukaşenkonun harada olduğunu bildiyinə eyham vurub. Həmin vaxt Belarus lideri Zelenskinin narkotikin təsiri altında danışdığını irəli sürmüşdü “Ola bilsin ki, mən hardasa çox uzağa getmişəm, lakin bu, onun absurd bəyanatlarına cavab idi”, - Lukaşenko bildirib. "Əgər Vladimir Aleksandroviç inciyibsə, dediklərimə görə üzr istəyirəm. Nəzərə alsaq ki, o, hələ də mübarizə aparır, bəlkə də bunu etməməliydim. Bəlkə də bu qədər açıq danışmayaydım" "Ukrayna prezidenti bu üzrxahlığı eşitdi", - Zelenskinin adının açıqlanmayan nümayəndəsi BBC-yə deyib. Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Lukaşenkonun Ukraynanı təslim olmağa çağırmaqdan üzr istəməyə keçdiyini qeyd edib və bildirib ki, onun fikrincə, bu, Ukraynanın gücünün sübutudur Tixanovskaya qeyd edib ki, bu “mərhələli üzrxahlıqlar” rəsmi Minskin Ukraynaya qarşı müharibədə Rusiyanın tərəfdaşı olduğunu inkar edə bilməz


