Lüsi Erl: WUF-un ən yaxşı tərəfi dünyanın hər yerindən gələn insanların müxtəlifliyidir
WUF13 dünyanın hər yerindən insanlarla əlaqə qurmaq və mənzil, yenidənqurma istiqamətindəki səylər, eləcə də müxtəlif bölgələrdən şəhər böhranlarına verilən cavablar haqqında eşitmək üçün inanılmaz bir fürsətdir. Çünki burada həm milli hökumətlərdən, həm yerli hökumət nümayəndələrindən, həm də vətən

WUF13 dünyanın hər yerindən insanlarla əlaqə qurmaq və mənzil, yenidənqurma istiqamətindəki səylər, eləcə də müxtəlif bölgələrdən şəhər böhranlarına verilən cavablar haqqında eşitmək üçün inanılmaz bir fürsətdir. Çünki burada həm milli hökumətlərdən, həm yerli hökumət nümayəndələrindən, həm də vətəndaş cəmiyyəti və ictimai hərəkatlardan insanlar var. Siz həqiqətən fərqli baxış bucaqlarını eşitmək imkanı əldə edirsiniz Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Beynəlxalq Ətraf mühit və inkişaf institutunun tədqiqatlar və strateji təsir üzrə direktoru Lüsi Erl deyib "WUF-un ən yaxşı tərəfi dünyanın hər yerindən gələn insanların böyük müxtəlifliyi və gördüyümüz işlərdir. Şəhərlər üzrə mütəxəssis olan, şəhəri dərk edən və şəhərləri daha yaxşı yerlərə çevirmək istəyən insanların ətrafında olmaq həmişə çox gözəldir", - deyə Lüsi Erl vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


