Loma Linda Universiteti Altsheymer xəstəliyi ilə bağlı yeni araşdırma nəticələrini yayıb
Altsheymer xəstəliyi ilə bağlı geniş tədqiqatlar aparan ABŞ-nin Loma Linda Universiteti (LLU) son araşdırmalarının nəticələri barədə məlumat yayıb AZƏRTAC xəbər verir ki, universitet xəstəliyin müalicəsində həyat tərzi faktorlarının əsas təşkil etdiyi qənaətinə gəlib Belə ki, tədqiqatlar göstərir

Altsheymer xəstəliyi ilə bağlı geniş tədqiqatlar aparan ABŞ-nin Loma Linda Universiteti (LLU) son araşdırmalarının nəticələri barədə məlumat yayıb AZƏRTAC xəbər verir ki, universitet xəstəliyin müalicəsində həyat tərzi faktorlarının əsas təşkil etdiyi qənaətinə gəlib Belə ki, tədqiqatlar göstərir ki, güclü fiziki aktivlik Altsheymer riskini 40% azaldır O da məlum olub ki, yumurta istehlakı bu xəstəliyə qarşı ən güclü müdafiədir 15 il ərzində 40 mindən çox insan orqanizmi üzərində aparılan araşdırma göstərib ki, yumurta yemək Altsheymer riskini azalda bilər Həftədə ən azı 5 dəfə yumurta istehlak edən 65 yaşdan yuxarı insanlarda Altsheymer xəstəliyinə tutulma riski 27% daha aşağı olub Bir sözlə, Loma Linda Universitetinin son araşdırmaları, 65 yaşdan yuxarı şəxslərdə yumurta istehlakı ilə Altsheymer arasında neuroprotektiv (beyni qoruyan) bir əlaqə olduğunu və ümumi sağlam həyat tərzi ilə bu xəstəlikdən xilas olmanın mümkünlüyünü aşkarlayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


