TMTM logistikasının tamamilə rəqəmsal olması təklif edilir
Nəqliyyat proseslərinin rəqəmsallaşdırılması yüklərin çatdırılma müddətini əhəmiyyətli dərəcədə azalda və bütün Transxəzər beynəlxalq nəqliyyat marşrutu boyunca logistik xərcləri azalda bilər Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Litva Nəqliyyat İnnovasiyaları Assosiasiyasının İdarə Heyəti

Nəqliyyat proseslərinin rəqəmsallaşdırılması yüklərin çatdırılma müddətini əhəmiyyətli dərəcədə azalda və bütün Transxəzər beynəlxalq nəqliyyat marşrutu boyunca logistik xərcləri azalda bilər Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Litva Nəqliyyat İnnovasiyaları Assosiasiyasının İdarə Heyətinin sədri Yurqis Adomaviçius Bakıda keçirilən Beynəlxalq Nəqliyyat və Logistika Forumunda panel müzakirəsi zamanı deyib Onun sözlərinə görə, logistika sektorunun müştəriləri üçün əsas amillər daşıma xərcləri və çatdırılma müddətləri olaraq qalır, ona görə də rəqəmsal platformaların inkişafı ilk növbədə vaxta qənaət və proseslərin şəffaflığının artırılmasına yönəldilməlidir Adomavicius qeyd edib ki, Transxəzər marşrutu üzrə daşımaların iştirakçıları müxtəlif ölkələrin sərhədlərində tənzimləmə və prosedurlarda fərqliliklərlə üzləşirlər. Onun fikrincə, inteqrasiya olunmuş rəqəmsal platformalar marşrut üzrə tələblər haqqında lazımi məlumatları əvvəlcədən almağa və sərhədləri keçərkən gecikmələrin qarşısını almağa imkan verəcək O vurğulayıb ki, bu gün rəqəmsallaşma artıq kağız sənədlərin rədd edilməsi ilə məhdudlaşmır, nəqliyyat zəncirinin bütün iştirakçıları arasında məlumat mübadiləsini sürətləndirmək və məlumatı təsdiqləmək üçün alətə çevrilir Litva Nəqliyyat İnnovasiyaları Assosiasiyasının İdarə Heyətinin sədri həmçinin milli rəqəmsal sistemlərin mümkün qədər geniş inteqrasiyasının və beynəlxalq təcrübədən istifadənin zəruriliyini bəyan edib. Onun sözlərinə görə, perspektivli istiqamət rəqəmsal yük pasportlarının tətbiqi və sertifikatların avtomatlaşdırılmış yoxlanılması ola bilər ki, bu da yüklər sərhəd məntəqələrinə çatmazdan əvvəl mümkün problemləri tez bir zamanda müəyyən etməyə imkan verəcək Adomavicius əlavə edib ki, rəqəmsal həllərin inkişafı nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına kömək edəcək və biznes və beynəlxalq ticarət üçün daha proqnozlaşdırıla bilən şərait təmin edəcək Qeyd edək ki, “TransLogistica Caspian 2026” sərgisi çərçivəsində Bakıda “Nəqliyyat, Tranzit və Logistika” II Xəzər Beynəlxalq Forumu keçirilir və dövlət qurumlarının, beynəlxalq təşkilatların və nəqliyyat-logistika sektorunun aparıcı şirkətlərinin nümayəndələrini bir araya gətirir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


