Ölümün rəngi ağdır
Ağın təmizlik rəmzi olduğuna inanmıram artıq. Ümumiyətlə rənglərə görə əhval ötürmək, mənfiyə-müsbətə ayırmaq, qaranın alnına matəm damğası vurmaq anlamsızdır. Mən hər zaman qaranın yanındayam, qaradan yanayam. Çünki onun qoruma gücü, verdiyi güvən, daşıdığı məsuliyyət başqa rənglərdə yoxdur Hətta

Ağın təmizlik rəmzi olduğuna inanmıram artıq. Ümumiyətlə rənglərə görə əhval ötürmək, mənfiyə-müsbətə ayırmaq, qaranın alnına matəm damğası vurmaq anlamsızdır. Mən hər zaman qaranın yanındayam, qaradan yanayam. Çünki onun qoruma gücü, verdiyi güvən, daşıdığı məsuliyyət başqa rənglərdə yoxdur Hətta mənə görə “gecənin şəri” ifadəsi necə də yanlışdır. Hətta məndən ötrü bütün möcüzələrin gəldiyi vaxt kəsiyi də günəşin bizim bucaqdan ən çox üz çevirdiyi məqamdır Onu da danmıram ki, ağrının da rəngi var. Səhər gözünü açanda ağızdakı zəhər kimi, gecə tər içində vurnuxduğun qaynar yataq kimi, hətta bəzən içdiyin kofenin son qurtumunda beyində müvəqqəti oyanan xoşbəxtliyin yavaşca mürgüləməyi kimi Yəqin mürgüləməyin sonsuz halıdır ölüm Bilmirəm, bəlkə də ölüm son nəfəsə qədər bədəndən qopan ruhun göynərtisidir Əminəm, həyatında ən azı bir dəfə - məktəbdə öyrədilən riyazi terminlərin mənə nə faydası olacaq? - demisən. Eyni əminliklə cavabını tapmışam - doğmalarının son nəfəsi arasındakı məsafəni hesablayarkən, soyuqqanlı saymağın üçün Qəribə də olsa, tanrının hər şeyi riyazi dəqiqliklə ölçüb-biçdiyi bu dünyada son nəfəslə ölüm arasındakı zaman kəsiyi əsrə bərabərləşir. Qaçdığın, qovduğun, nəfəsini ciyərinə yamadığın həyat adlı təlaşın arxada qalır Bugünədək bədənin candan ayrılmağına yüzlərlə məna qoşmağa çalışmışam. Bəlkə də sevdiklərindən ayrılmaqdır, bəlkə də doğma torpağına vida etməkdir, hətta həzz aldığın saatların bir də gəlməyəcəyini dərk etmək, balasını doğan ananın acısıdır deyirdim. Deyilmiş Sözün öz mənasındaymış bədənin candan ayrılması. Bu ayrılığın verdiyi sancı təsvirsizmiş, ifadəsi acizmiş Və ən mükəmməl yaradılış insanın öz vəhdəti imiş. Ruhun bədənə yayılması, bədənin ruha aid və sahib olmasıymış İnsan bütün faciələrinə, acılarının imitasiyasına rəğmən cəmi bir dəfə ayrılığı dadır. O da ruhunun bədənə vidasıdır. Amma elə bu ayrılıq da haqsızlığın, fədakarlığın özüdür. Bütün yükü daşıyan bədənin süqutu ilə paralel ruhun yüksəlişi Əslində dinin də, fəlsəfənin də, hətta sevginin də qidası ölümdür. Hər şeyin dəyəri ölümlə ölçülür. Ucunda ölüm duran hər şey müqəddəsdir, əlçatmazdır. Hətta tarix ölüm hökmü verdiyi sənət əsərlərini də ikiqat kəfənə bürüyüb, yasını tutur Amma siz ölüm haqda nə qədər yazın, danışın, düşünün, o ən böyük düşməndir, qorxudur. Azadlığın, rahatlığın simvolu deyin, dünyanın ən qəddar yerdəyişməsidir. Bunun müdrikliyə yüksəlməklə heç bir əlaqəsi yoxdur. Ölüm faciədir. Dərindən dərk etsən də, suyun üzündə qalsan da, ölümün adı vahimədir İtkidir ölüm, yeri dolmayan, ən ağır çəkisizlik, yerin altını doldurub torpağa yem olan növbəti xatirə kütləsi... Və ölümün rəngi dəqiq ağdır Sabunçuda açıq ərazidə yanğın baş verdi İsrail İranı daha güclü zərbələrlə HƏDƏLƏDİ Daha bir türk lider Nikol Paşinyanı təbrik etdi Millimiz Qazaxıstana ikinci oyunda da uduzdu Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var? Narkotik qaçaqmalçılığı planı ifşa olundu Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var? Nərmin Əhmədovaya yüksək vəzifə verildi Əli Əsədov qərar imzaladı Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır Sabah 33 dərəcə isti olacaq Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
Diğer Haberler

Rahatlıq bir qiymətə gəlir. Nə üçün Əkçəbərdə yeni xidmətlərlə yanaşı dövlət xidmətlərinin tarifləri də artıb?

İsti və yüngül yağış - sinoptiklər çərşənbə axşamı Qaqauziyada hava haqqında
