Ölmüş bacısının bankdakı pullarını götürmək üçün bu yola əl atdı
Hindistanın Odişa ştatındakı bankların birində tragikomik hadisə yaşanıb 525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kendcuhar vilayətindəki kəndlərin birinin sakini vəfat etmiş bacısının bank hesabındakı pulları götürmək üçün onun qalıqlarını banka gətirib Əhvalat belə olub: 59 yaşlı Cita Munda

Hindistanın Odişa ştatındakı bankların birində tragikomik hadisə yaşanıb 525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kendcuhar vilayətindəki kəndlərin birinin sakini vəfat etmiş bacısının bank hesabındakı pulları götürmək üçün onun qalıqlarını banka gətirib Əhvalat belə olub: 59 yaşlı Cita Munda adlı kişi bankdan bacısının pullarını tələb edərkən, bank işçiləri ondan bacısının ölümünü təsdiq edən dəlil istəyiblər. Savadsız kişi bu tələbi səhv anlayıb və kəndə qayıdaraq 2 ay əvvəl vəfat etmiş 62 yaşlı bacısının qalıqlarını qəbirdən çıxarıb. Daha sonra onu salafan torbaya yığaraq banka gedib Şoka düşən əməkdaşlar dərhal hadisə yerinə polis çağırıblar. Polislər kişini saxlamayıblar. Sadəcə, ona əsl vəziyyəti başa salaraq, pulları almaq üçün ölüm haqqında sənədin lazımlı olduğunu bildiriblər. Bundan başqa ona bacısının qalıqlarını yenidən basdırmağa kömək ediblər Qeyd edək ki, sonda bank qadına məxsus 19.300 rupini (təxmini 347 manat) Mundaya ödəyib
Diğer Haberler

29 aprel 2026-cı il üçün ulduz falı şərhləri! Buğa, Əqrəb, Şir SEVGİ, EVLİLİK, SAĞLAMLIQ şərhləri nə deyir?

Prezident Kitabxanasında akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd edilib
