Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində
Xəbər verdiyimiz kimi, iyunun 10-da xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya səfəri həyata keçirilib. Bu, Azərbaycan xarici işlər nazirinin son 17 il ərzində Yaponiyaya ilk səfəri olub. Səfər çərçivəsində nazir Ceyhun Bayramov Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi, Azərbaycan-Yapo

Xəbər verdiyimiz kimi, iyunun 10-da xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya səfəri həyata keçirilib. Bu, Azərbaycan xarici işlər nazirinin son 17 il ərzində Yaponiyaya ilk səfəri olub. Səfər çərçivəsində nazir Ceyhun Bayramov Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının sədri və üzvləri ilə görüşlər keçirib, Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunda dəyirmi masa müzakirələrində çıxış edib. Səfərin yekununda Xarici İşlər nazirliklərinin birgə mətbuat məlumatı dərc olunub AZƏRTAC-ın məlumatına görə, səfər zamanı Yaponiya xarici işlər nazirinin ölkəmizin strateji əhəmiyyəti, enerji təhlükəsizliyi və regional sabitliyin təmin edilməsi istiqamətində rolu barədə söylədiyi fikirlər Yaponiyanın aparıcı mediasında geniş şəkildə yayılıb. Nikkei Shinbun, Jiji Press, Kyodonews və digər kütləvi informasiya vasitələrində məlumatlar dərc edilib Məlumatlarda gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd ediləcəyi vurğulanıb, Azərbaycan-Yaponiya tərəfdaşlığının daha da inkişaf etdirilməsi və dostluq münasibətlərinin dərinləşdirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunub Yazılarda Yaxın Şərqdəki mürəkkəb vəziyyət fonunda vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi dəstəyə görə Yaponiya nazirinin Azərbaycan tərəfinə minnətdarlığı xüsusi qeyd olunub. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, insanlar arasında əlaqələr, dekarbonizasiya, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunduğu vurğulanıb Dünyanın aparıcı xam neft və təbii qaz istehsalçılarından biri olan Azərbaycan barədə danışan Yaponiya naziri Motegi bildirib ki, Azərbaycan enerji təhlükəsizliyi və regional sabitlik baxımından mühüm ölkədir və Yaponiyanın vacib tərəfdaşıdır. O, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb Yaxın Şərqdə gərgin vəziyyət fonunda xam neft tədarükü ilə bağlı qeyri-müəyyənliyin artdığı bir şəraitdə Yaponiyanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti həyata keçirdiyi, bu çərçivədə may ayında Azərbaycan neftini daşıyan tankerin Yokohama şəhərinə çatdığı da məmnunluqla qeyd olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


