Tenqri
Ana Səhifə
Dünya

Ölkədə ilk qabaqcıl su idarəetmə sistemi istifadəyə verildi - FOTO

Azərbaycanda qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə olaraq Ağstafa rayonunda quraşdırılaraq istifadəyə verilib Bu barədə Publika.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İl

0 baxışpublika.az
Ölkədə ilk qabaqcıl su idarəetmə sistemi istifadəyə verildi - FOTO
Paylaş:

Azərbaycanda qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə olaraq Ağstafa rayonunda quraşdırılaraq istifadəyə verilib Bu barədə Publika.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov, ADSEA-nın tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, “Rubicon Water” şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə nümayəndəsi Peeter Pelisaar, Avstraliyanın “Rubicon Water” şirkətinin Azərbaycandakı rəsmi distribütoru “Lotus Global” MMC-nin direktoru Anar Orucov, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər Bildirilib ki, “Rubicon Water” şirkətinin qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Lotus Global” MMC tərəfindən Ağstafa rayonunun Həsənsu kəndi ərazisində yerləşən kanal üzərində tətbiq olunub Quraşdırılan sistem 668 hektar kənd təsərrüfatı təyinatlı sahəni əhatə edir və Aşağı Göycəli, Yenigün və Xətai kəndlərinin su təminatına xidmət göstərir. Layihə çərçivəsində SlipMeter SMB-tipli idarəetmə qurğusu quraşdırılıb. Cihaz ultrasonik texnologiya əsasında kanaldan keçən suyun həcmini real vaxt rejimində ölçür və məlumatları rəqəmsal sistemə ötürərək su bölgüsündə tam şəffaflığın təmin edilməsinə imkan yaradır. Bununla da Sudan İstifadəçilər Birlikləri və fermerlər arasında su uçotu yüksək dəqiqliklə aparılır, ədalətli növbəlilik prinsipi qorunur və su ehtiyatlarının vaxtında çatdırılması təmin edilir Qeyd edək ki, “Rubicon Water” şirkəti suvarma və su idarəetmə texnologiyaları sahəsində aparıcı şirkətlərdən biri hesab olunur. “Rubicon Water” açıq kanallar və aşağı təzyiqli boru sistemləri üçün suyun uzaq məsafədən avtomatlaşdırılıb idarə olunması, ölçülməsi və paylanması üzrə qurğu və proqram təminatının istehsalı, quraşdırılması və texniki xidmətini həyata keçirir. Bu sistem vasitəsilə kanallara 24/7 rejimində həm mütəxəssislər, həm də süni intellekt tərəfindən daimi nəzarət olunur və müvafiq bildirişlər təqdim edilir "Azeri Light" ucuzlaşdı Rubl bahalaşdı - MƏZƏNNƏ Dünya neftsiz qala bilər: Rusiya 12 milyon barellik itkidən danışdı Azərbaycan nefti bahalaşdı Rubl ucuzlaşaraq görün neçəyə oldu Azərbaycan nefti görün nə qədər ucuzlaşdı Mask Avropa İttifaqını saxta təşkilat adlandırdı 4 polisi və özünü qumbara ilə belə partlatdı - VİDEO Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov Ermənistanda dəhşət - Mayıs, Xıdır və Saşa belə öldürüldü(VİDEO) DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb “Qarabağ”ın yarımmüdafiəçisi oynadı? Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək? Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi

Kaynak: publika.az

Diğer Haberler

Ölkədə ilk qabaqcıl su idarəetmə sistemi istifadəyə verildi - FOTO | Tenqri