Lökbatandakı yanğın nəzarətə götürüldü, 2 helikopter cəlb olundu - VİDEO
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir Modern.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Halla

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir Modern.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub Əlavə məlumat veriləcək Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb Modern.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir Əlavə məlumat veriləcək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın başlayıb Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb Bildirilib ki, əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir Əlavə məlumat veriləcək


