Lökbatandakı yanğın nəzarətə götürülüb - YENİLƏNİB 1
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarət

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb 525.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir Əlavə məlumat veriləcək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Qeyd olunub ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir Əlavə məlumat veriləcək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir 525.az xəbər verir ki, yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin helikopterləri cəlb olunub İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir


