Tenqri
Ana Səhifə
Dünya

Əliyev Makronun Ermənistan-Türkiyə sərhədini keçməsinə niyə icazə vermədi? - Budur səbəblər

Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Makron quru sərhədi ilə Türkiyəyə keçmək istəsə də, Ankara Bakı ilə danışıqlardan sonra buna icazə verməyib. “Azfront” teleqram kanalının məlumatına görə, Makron Ərdoğanla görüşmək üçün Ermənistandan Türkiyəyə quru sərhədi ilə keçmək istəyirmiş. S

0 baxışpublika.az
Əliyev Makronun Ermənistan-Türkiyə sərhədini keçməsinə niyə icazə vermədi? - Budur səbəblər
Paylaş:

Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Makron quru sərhədi ilə Türkiyəyə keçmək istəsə də, Ankara Bakı ilə danışıqlardan sonra buna icazə verməyib. “Azfront” teleqram kanalının məlumatına görə, Makron Ərdoğanla görüşmək üçün Ermənistandan Türkiyəyə quru sərhədi ilə keçmək istəyirmiş. Səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılıb, lakin məsələ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın masasına gəldikdə o, Azərbaycanla müzakirələrdən sonra Makronun quru sərhədini keçməsinə razılıq verməyib Makronun Ermənistan-Türkiyə sərhədini keçmək istəyinin arxasında həm İrəvanın, həm Parisin siyasi hədəfləri var İrəvan Türkiyə ilə sərhədin açılmasında Azərbaycanın rolunun arxa plana keçməsinə çalışır. Paşinyan da daxil olmaqla Ermənistan rəsmiləri dəfələrlə Ankara-İrəvan xəttindəki normallaşma prosesində “üçüncü tərəfin” (söhbət Bakıdan gedir) iştirakına qarşı çıxıblar və sərhədin açılmasına ikitərəfli münasibətlər kontekstində baxılmasına nail olmağa çalışıblar. Lakin Ankara Bakının maraqları fonunda bundan imtina edib, hətta Türkiyə və Ermənistanın “üçüncü şəxslərin sərhəddən keçidi” ilə bağlı razılaşması da praktiki olaraq işləmir. Bu kontekstdə Makronun sərhədi keçmək istəyi düşünülmüş plan idi Ermənistan bununla “üçüncü şəxslərin sərhəddən keçidi” razılaşmasında Bakı-Ankara xəttində müəyyən narazılıq yaratmaq və Azərbaycanı Türkiyə-Ermənistan danışıqlarından kənarlaşdırmaqda Türkiyə ilə sərhədin açılması prosesində Bakının şərtlərinin yerinə yetirilməsi prioritetini dəyişdirməkdə praktiki nəticə əldə edə bilərdi; Və sərhədi Fransa prezidentinin keçməsi İrəvan üçün əsaslı presedent yaradacaqdı; Paris Türkiyə ilə quru sərhədini adlamaqla təkcə Ermənistanın önünü açmır, həmçinin, Ankara-İrəvan danışıqlarında təsiredici oyunçu səviyyəsinə yüksələ bilər. Bu, Fransanın Azərbaycan-Ermənistan danışıqlarına təsir imkanlarını, ümumilikdə Cənubi Qafqazdakı rolunu gücləndirə biləcək amil idi. Makron Ermənistandan quru yolla Türkiyəyə getməklə Cənubi Qafqazın yenidən qurulan siyasi münasibətlər arxitekturasında “təminatçı”ya çevrilmək istəyirdi, lakin Ərdoğanla Əliyev buna imkan vermədi Müəllif: Asif Nərimalı Avropa İttifaqında Azərbaycan faktoru - Kallasın səfəri nəyi dəyişir? Bakı-Brüssel xəttində dinamika: Aİ-Azərbaycan strateji əməkdaşlığı dərinləşir "Azərbaycan-İtaliya münasibətləri strateji və uzunmüddətli tərəfdaşlıq modelinə çevrilib" Əliyev İrəvandakı tədbirdə “erməni tabuları”nı alt-üst etdi - Tarixi çıxış Okamponun Bakıya qarşı cinayət şəbəkəsi: Süni intellektdən istifadə edirlər - VİDEO Cənubi Qafqazda güc savaşı: Makronun Əliyevlə “telefon planı”nın arxasında nə var? Bu gün 3 bürc üçün nəhayət qara buludlar dağılır Qurban bayramında ətin qiyməti belə dəyişəcək - Əhaliyə çağırış edildi Bakının hansı küçələrində tıxac var? - Siyahı ABŞ-da qəribə nəzəriyyə yenidən gündəmdə: Trampın oğlu zaman səyahətçisidir? Günün ulduz falı: Mühüm qərarlar verməli olacaqsız İran nüvə silahına sahib olmamağa razıdır - Tramp Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası... - Dəhşətli faktların üstü açıldı Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçaturyan açıqladı

Kaynak: publika.az

Diğer Haberler