Tenqri
Ana Səhifə
Dünya

Livan parlamentinin sədri İsraillə atəşkəsin tam təmin olunması üçün şərtləri açıqlayıb

Livan İsraillə qeyd-şərtsiz quruda, havada və dənizdə tam və hərtərəfli atəşkəs təmin olunması mövqeyindən çıxış edir "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu Livan parlamentinin sədri Nəbih Berri deyib "Bizim mövqeyimiz qeyd-şərtsiz olmadan quruda, havada və dənizdə tam və hərtərəfli atəşk

0 baxışreport.az
Livan parlamentinin sədri İsraillə atəşkəsin tam təmin olunması üçün şərtləri açıqlayıb
Paylaş:

Livan İsraillə qeyd-şərtsiz quruda, havada və dənizdə tam və hərtərəfli atəşkəs təmin olunması mövqeyindən çıxış edir "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu Livan parlamentinin sədri Nəbih Berri deyib "Bizim mövqeyimiz qeyd-şərtsiz olmadan quruda, havada və dənizdə tam və hərtərəfli atəşkəsdir",- parlament sədri İsraillə əldə edilmiş atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılıq barədə bildirib N. Berri qeyd edib ki, "bufer zona" anlayışı qəbuledilməzdir "Biz yalnız köçkünlərin qayıdışı ilə eyni vaxtda İsrailin geri çəkilməsini və Livan ordusunun bölgəyə daxil olmasını qəbul edirik", - parlament sədri vurğulayıb "Tam atəşkəs əldə olunduqdan sonra İsrail ordusunun Livan ərazisindən və "Hizbullah"ın Litani çayının cənubundan eyni vaxtda geri çəkilməsi barədə danışıqlar aparacağıq", - o, müzakirələrin gələcək istiqaməti barədə danışarkən deyib ABŞ Dövlət Departamenti iyunun 4-də İsrail və Livan nümayəndə heyətlərinin ABŞ-dəki danışıqların nəticələrinə əsasən, atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılığa gəldiyini açıqlayıb Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin şimal bölgələrinin təhlükəsizliyini təmin etmək üçün Livanın cənubunda bufer zonası yaradılacağını açıqlamışdı Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib "Hizbullah" İsraili raket və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İran tərəfindən müharibəyə qoşulduqdan sonra İsrail Müdafiə Qüvvələri Livanın cənubuna və radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ Prezidenti Donald Tramp sonra atəşkəsi qeyri-müəyyən müddətə uzadıb Aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs rejiminin tətbiq olunması barədə razılığa gəldiyini bildirib. O, aprelin 24-də atəşkəsin üç həftə uzadılacağını elan edib Mayın ortalarında ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott "X" sosial şəbəkəsində yazıb ki, Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler