Litva hərbi nəqliyyat texnikasının alınmasına 1 milyard avro ayıracaq
Litva hərbi nəqliyyat texnikasının alınmasına təxminən 1 milyard avro ayırmaq niyyətindədir "Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb "Veho Lietuva" şirkəti ilə imzalanmış razılaşmaya əsasən, Litva ordusu üçün "MB G-Class" tırtıllı avtomobilləri, həmçinin "MB Unimo

Litva hərbi nəqliyyat texnikasının alınmasına təxminən 1 milyard avro ayırmaq niyyətindədir "Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb "Veho Lietuva" şirkəti ilə imzalanmış razılaşmaya əsasən, Litva ordusu üçün "MB G-Class" tırtıllı avtomobilləri, həmçinin "MB Unimog", "MB Zetros" və "MB Arocs" yük maşınları alınacaq Texnikanın tədarükü 2026-cı ildə başlayacaq, müqavilə isə 2032-ci ildə başa çatacaq Litva Müdafiə Nazirliyindən qeyd edilib ki, bu satınalma hərbi logistikanın inkişafına yatırılan ən böyük investisiyalardan biri olacaq Qurumun məlumatına görə, yeni texnika milli motopiyada diviziyasının formalaşdırılması çərçivəsində şəxsi heyətin, silahların və avadanlıqların səmərəli daşınmasını təmin etməyə imkan verəcək Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


