Rusiya ilə əlaqəyə görə vətəndaşlıqdan məhrum edilib
Keçmiş Britaniya polisi Mark Bullen Rusiya ilə əlaqəsi şübhəsi ilə vətəndaşlıqdan çıxarılan ilk Britaniya vətəndaşı olub. Bu barədə The Sunday Times məlumat yayıb Nəşrin məlumatına görə, bu qərarı Daxili İşlər Nazirliyinin rəhbəri Şabana Mahmud milli təhlükəsizlik mülahizələrinə əsaslanaraq qəbul e

Keçmiş Britaniya polisi Mark Bullen Rusiya ilə əlaqəsi şübhəsi ilə vətəndaşlıqdan çıxarılan ilk Britaniya vətəndaşı olub. Bu barədə The Sunday Times məlumat yayıb Nəşrin məlumatına görə, bu qərarı Daxili İşlər Nazirliyinin rəhbəri Şabana Mahmud milli təhlükəsizlik mülahizələrinə əsaslanaraq qəbul edib 45 yaşlı Bullen on ildən çox Hertfordşir polisində xidmət edib. Son illərdə o, Rusiyada yaşayır və 2022-ci ildə Rusiya pasportu alıb. Britaniya Daxili İşlər Nazirliyi bildirib ki, vətəndaşlıqdan məhrumetmə müstəsna hallarda – məsələn, terrorizmdə şübhəli bilinən şəxslərə və ya düşmən dövlətlərin maraqlarına uyğun fəaliyyətə münasibətdə tətbiq edilir Nəşrin məlumatına görə, 2024-cü ilin noyabrında Bullen Luton hava limanında terrorla mübarizə əməkdaşları tərəfindən saxlanılıb. O, xarici dövlət adından “düşmənçilik fəaliyyətində” iştirakda şübhəli bilinərək dörd saat dindirilib, elektron cihazlar da götürülüb. Bullen özü heç bir qanunsuz hərəkətə yol vermədiyini iddia edir “The Sunday Times” qəzetinin yazdığına görə, o, polisdə xidmət edərkən Rusiya təhlükəsizlik qüvvələri ilə əlaqə saxlayıb və Sankt-Peterburqda mübadilə proqramında iştirak edib. Qəzetin yazdığına görə, onun sosial şəbəkələrində Kremlpərəst və Ukrayna əleyhinə materiallar dərc olunub. Özü də Rusiyaya olan marağı SSRİ tarixinə çoxdankı həvəsi ilə izah etdi və Rusiya vətəndaşlığını almağı “ömürlük arzu” adlandırdı Nəşr qeyd edir ki, bu cür tədbirlər son dərəcə nadir hallarda tətbiq olunur. Diqqətçəkən hallar arasında Suriyaya qaçan Şamima Begümün vətəndaşlıqdan məhrum edilməsi və ABŞ-da rus casus şəbəkəsinin aşkarlanmasından sonra Anna Çapmanın Britaniya pasportunun ləğv edilməsi də var


