Türkiyənin millətçi lideri Ermənistan üçün fürsət görür
Əgər Ermənistan “ağıllı davranaraq” regional əməkdaşlıq platformasına qoşularsa, Zəngəzur dəhlizi onun üçün “iqtisadi təcriddən çıxmaq fürsətinə” çevrilə bilər. Türkiyə mətbuatının məlumatına görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyanın parlamentdəki f

Əgər Ermənistan “ağıllı davranaraq” regional əməkdaşlıq platformasına qoşularsa, Zəngəzur dəhlizi onun üçün “iqtisadi təcriddən çıxmaq fürsətinə” çevrilə bilər. Türkiyə mətbuatının məlumatına görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyanın parlamentdəki fraksiyasının toplantısında deyib Onun sözlərinə görə, Ermənistan “yeni reallıqları nəzərə almasa və köhnə illüziyalardan əl çəkməsə, gələcəyi üçün imkanları əldən verəcək” D. Baxçalı qeyd edib ki, Ermənistan revanşist əhval-ruhiyyədən əl çəkməli və davamlı sülh yolunu seçməlidir "Regionda yeni reallıq göz qabağındadır: Qarabağ Azərbaycandır. Normallaşma prosesinin müsbət nəticəsi Türkiyə və Azərbaycana qarşı tarixi düşmənçilik ritorikasından əl çəkmək, yeni regional reallıqları qəbul etməklə, ədalət və əməkdaşlıq prinsiplərinə hörmət etməklə mümkündür" MHP lideri Zəngəzur dəhlizini Türkiyəni Azərbaycandan keçərək Orta Asiya ilə birləşdirəcək “tarixi marşrut” adlandırıb


