Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşdü
Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin Baş katibinin müavini və Səhralaşma ilə mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı katibi Yasmin Fuad ilə görüşüb Publika.az xəbər verir ki, görüşdə Azərbaycanda ekologiyanın qorunması, torpaq ehtiyatlarından səmərəli istifadə, eləcə də səhralaşma

Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin Baş katibinin müavini və Səhralaşma ilə mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı katibi Yasmin Fuad ilə görüşüb Publika.az xəbər verir ki, görüşdə Azərbaycanda ekologiyanın qorunması, torpaq ehtiyatlarından səmərəli istifadə, eləcə də səhralaşma və quraqlıqla mübarizə üzrə həyata keçirilən tədbirlər barədə məlumat verilib Eyni zamanda, IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə və regionda ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji dayanıqlılığın təşviqi istiqamətində icra olunan layihə və təşəbbüslər müzakirə olunub. Həyata keçirilən ağacəkmə aksiyalarının, yaşıllıq sahələrinin artırılmasının, mövcud meşə və ağac resurslarının qorunmasının iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, torpaq deqradasiyasının qarşısının alınması və ekoloji tarazlığın qorunması baxımdan əhəmiyyəti xüsusi vurğulanıb Daha sonra Xəzər dənizinin səviyyəsinin enməsinin ekoloji və sosial-iqtisadi təzahürləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bu xüsusda Xəzər dənizində baş verən dəyişikliklərin sahilyanı ekosistemlərə, biomüxtəlifliyə və regionun ekoloji təhlükəsizliyinə mümkün təsirlərinə toxunulub. Məsələnin daha dərindən araşdırılması, həmçinin mümkün birgə həll yollarının müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub Görüşdə, həmçinin quraqlıq və səhralaşma kimi proseslərin vaxtında qarşısının alınmasının əhəmiyyəti, eləcə də IDEA İctimai Birliyi ilə UNCCD-nin ətraf mühitin mühafizəsi, quraqlığın və torpaq deqradasiyasının qarşısının alınması və ekoloji maarifləndirmə sahələrində mümkün əməkdaşlıq imkanları müzakirə olunub Rasim İldırımzadə məhkəmə zalında həbs edildi Baş nazirdən aqrar sektorla bağlı qərar ABŞ və İran arasında əldə olunan anlaşma dünya üçün mühüm addımdır - Samir Vəliyev Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir - Nazir müavini Kənd təsərrüfatına 5 milyard manatdan çox investisiya cəlb olunacaq - Zeynal Nağdəliyev Rasim İldırımzadə məhkəmə zalında həbs edildi Trampla Bricitin salamlaşması gündəm oldu: ABŞ lideri onun əlini buraxmadı - VİDEO DÇ-2026-da ilk qolu vuran futbolçunun həyat yoldaşı - FOTOLAR Prezident fərman imzaladı İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir Hidayət Orucovun cənazəsi Bakıya gətirildi Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR


