Leyla Əliyeva Bonnda BMT baş katibinin müavini ilə görüşüb (FOTO)
BAKI, Azərbaycan, 16 iyun. Almaniyanın Bonn şəhərinə səfəri çərçivəsində Leyla Əliyeva BMT Baş katibinin müavini və Birləşmiş Millətlər Təşkilatının Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD) icraçı katibi Yasmin Fuad ilə görüşüb Görüşdə Azərbaycanın ətraf mühitin mühafizəsi, torpaq ehtiy

BAKI, Azərbaycan, 16 iyun. Almaniyanın Bonn şəhərinə səfəri çərçivəsində Leyla Əliyeva BMT Baş katibinin müavini və Birləşmiş Millətlər Təşkilatının Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD) icraçı katibi Yasmin Fuad ilə görüşüb Görüşdə Azərbaycanın ətraf mühitin mühafizəsi, torpaq ehtiyatlarından davamlı istifadənin təşviqi, səhralaşma və quraqlıq problemlərinin həlli istiqamətində gördüyü işlər barədə məlumat mübadiləsi aparılıb. Müzakirələr zamanı həmçinin ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji dayanıqlığın dəstəklənməsi məqsədilə IDEA İctimai Birliyinin həm Azərbaycanda, həm də regionda həyata keçirdiyi layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb İqlim dəyişikliyinin mənfi təsirlərinin yumşaldılmasında, torpaqların deqradasiyasının qarşısının alınmasında və ekoloji tarazlığın qorunmasında ağacəkmə kampaniyalarının, yaşıllıqların genişləndirilməsinin, mövcud meşə və ağac ehtiyatlarının mühafizəsinin vacibliyi xüsusi vurğulanıb Tərəflər, həmçinin Xəzər dənizinin su səviyyəsinin azalmasının ətraf mühitə və sosial-iqtisadi təsirlərinə, o cümlədən sahilyanı ekosistemlərə, biomüxtəlifliyə və regional ekoloji təhlükəsizliyə potensial təsirləri barədə fikir mübadiləsi aparıb, problemin daha da öyrənilməsi və birgə həll yollarının müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını araşdırıblar İclasda quraqlığın və səhralaşmanın qarşısının alınması üçün vaxtında tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Bundan əlavə, tərəflər IDEA İctimai Birliyi ilə UNCCD arasında ətraf mühitin mühafizəsi, quraqlıq və torpaqların deqradasiyası ilə mübarizə, ekoloji maarifləndirmənin təşviqi sahələrində potensial əməkdaşlığı müzakirə ediblər
Diğer Haberler

CHP Mərkəz İdarə Heyətində Ankara və İzmir İl sədrlərinin qovulması gündəmdədir | T24

Özgür Özəldən yeni partiya açıqlaması: "B planı olaraq bunu etməliyik" deyən 26 iyula işarə edərək | T24
