Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb (FOTO)
BAKI, Azərbaycan, 16 iyun. Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stiell ilə görüşüb İclasda ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji dayanıqlığın təşviqi sahəsində Azərbaycanda həyata keç

BAKI, Azərbaycan, 16 iyun. Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stiell ilə görüşüb İclasda ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji dayanıqlığın təşviqi sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Bu kontekstdə IDEA İctimai Birliyinin bu istiqamətlərdə həyata keçirdiyi layihə və təşəbbüslər, o cümlədən biomüxtəlifliyin zənginləşdirilməsi, ekoloji maarifləndirmə tədbirləri, o cümlədən nadir fauna növlərinin mühafizəsi və ekosistemlərin bərpası istiqamətində görülən işlər diqqətə çatdırılıb. Mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsinin vacibliyi və onların iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasında rolu da vurğulanıb Söhbət zamanı Xəzər dənizinin səviyyəsinin azalmasının səbəblərinin birgə öyrənilməsi perspektivləri, bu prosesin ekoloji və sosial-iqtisadi təsirləri ətrafında fikir mübadiləsi aparılıb. Bu məsələnin qlobal iqlim gündəmində daha qabarıq şəkildə yerləşdirilməsinin vacibliyi də vurğulanıb Bundan əlavə, gənclərin ekoloji məsuliyyətinin artırılması və ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə bağlı biliklərin genişləndirilməsi məqsədilə BMTİDÇS ilə birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə edilib


