Lev Qumilyov adına Avrasiya Milli Universitetinin İdarə heyətinin sədri-rektoru cənab Yerlan Sıdıkova
Sizi və rəhbərlik etdiyiniz kollektivi əlamətdar yubiley – Lev Qumilyov adına Avrasiya Milli Universitetinin (AMU) yaranmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edirəm Yarandığı gündən etibarən AMU şərəfli yol keçərək mühüm uğurlara imza atmış, Qazaxıstanın aparıcı ali təhsil müəssisələrindən

Sizi və rəhbərlik etdiyiniz kollektivi əlamətdar yubiley – Lev Qumilyov adına Avrasiya Milli Universitetinin (AMU) yaranmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edirəm Yarandığı gündən etibarən AMU şərəfli yol keçərək mühüm uğurlara imza atmış, Qazaxıstanın aparıcı ali təhsil müəssisələrindən biri, regionda mötəbər elm və təhsil mərkəzinə çevrilmişdir Professor-müəllim heyətinin peşəkarlığı və tədris prosesinin təşkilinə innovativ yanaşma sayəsində AMU bu gün yüksək keyfiyyətli təhsilin simvolu, qlobal əhəmiyyətli təhsil müəssisələrindən biri hesab olunur. Universitetin bir çox məzunları müstəqil Qazaxıstanın inkişafına və rifahına öz töhfələrini verirlər 22 il ərzində bu şanlı elm ocağının fəxri professoru adını daşıdığım üçün böyük fərəh hissi duyuram Əminəm ki, AMU bundan sonra da dünyanın nüfuzlu universitetləri sırasındakı mövqeyini daha da möhkəmləndirəcək, fundamental elmin inkişafı və dövrün tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanması kimi ali missiyasına sədaqətlə xidmət edəcəkdir Bu əlamətdar yubiley günündə Sizə, Universitetin bütün professor-müəllim heyətinə və tələbələrinə möhkəm cansağlığı, tükənməz enerji, fəaliyyətinizdə yeni zirvələr və uğurlar arzulayıram 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


