Leroy Sanenin gözlədiyi xəbər nəhayət gəldi
“Qalatasaray”da çıxış edən Leroy Sanenin Almaniya Milli Komandasına çağırılıb-çağrılmayacağı maraqla qarşılanarkən, gözlənilən açıqlama gəldi. Ulduz futbolçu Almaniyanın 2026-cı il dünya çempionatının heyətində yer alıb Almaniya Futbol Federasiyası DÇ-2026-nın heyətini açıqlayıb. Açıqlanan siyahıda

“Qalatasaray”da çıxış edən Leroy Sanenin Almaniya Milli Komandasına çağırılıb-çağrılmayacağı maraqla qarşılanarkən, gözlənilən açıqlama gəldi. Ulduz futbolçu Almaniyanın 2026-cı il dünya çempionatının heyətində yer alıb Almaniya Futbol Federasiyası DÇ-2026-nın heyətini açıqlayıb. Açıqlanan siyahıda “Qalatasaray”ın ulduz futbolçusu Leroy Sane də yer alıb Sarı-qırmızılı azarkeşlər Sanenin mövsüm boyu göstərdiyi performansdan sonra milliyə seçiləcəyini gözləyirdilər. Gözlənilən qərarın açıqlanması Qalatasaray tərəfində məmnunluq yaradıb Leroy Sane “Qalatasaray”ın Super Liqada ardıcıl çempionluq qazanmasında mühüm rol oynayıb. Alman ulduz xüsusilə böyük matçlardakı çıxışı ilə diqqət çəkib Təcrübəli futbolçu təkcə liqada deyil, Çempionlar Liqasında da komandanın ən nüfuzlu adlarından birinə çevrilib. O, sürəti, təkbətək bacarığı və qollu töhfəsi ilə gündəmə gəlib. Leroy Sane bu mövsüm "Qalatasaray"ın heyətində 43 oyun keçirib. O, 3371 dəqiqə oynayıb, 7 qol vurub, 9 məhsuldar ötürmə edib Almaniya millisinin önəmli kozırlarından biri olacağı gözlənilən Sanenin mundialda necə çıxış edəcəyi artıq maraq doğurur. Ulduz futbolçu karyerasına daha bir böyük turnir əlavə etməyə hazırlaşır


