Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə səfər edib (FOTO)

BAKI, Azərbaycan, 20 may. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra rəsmiləri “EFES-2026” çoxmillətli birgə təliminin Hörmətli Ziyarətçilər Günündə iştirak etmək üçün Türkiyədə işgüzar səfərdədir Nümayəndə heyətinə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsən

0 baxıştrend.az
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə səfər edib (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 20 may. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra rəsmiləri “EFES-2026” çoxmillətli birgə təliminin Hörmətli Ziyarətçilər Günündə iştirak etmək üçün Türkiyədə işgüzar səfərdədir Nümayəndə heyətinə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər rəhbər heyəti daxildir Səfər çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Yaşar Gülər, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə həmkarı ordu generalı Səlcuq Bayraktaroğlu ilə görüşüb Görüşlərdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Hər iki ölkədə həyata keçirilən birgə layihələrin və təlimlərin əhəmiyyəti vurğulanıb Səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbərliyinin Azərbaycan Ordusunu təmsil edən və 50 ölkədən ümumilikdə 10 300 hərbi qulluqçunun iştirakı ilə keçirilən “EFES-2026” çoxmillətli birgə təliminin “Hörmətli Ziyarətçilər Günü”nün həm gündüz, həm də gecə mərhələlərində iştirakı planlaşdırılır

Kaynak: trend.az

Diğer Haberler