Larnakanın Ora kəndində CY-Alert xəbərdarlıq sistemindən istifadə etməklə yanğına qarşı təlim keçirilib
Dünən Larnakanın Ora kəndində CY-Alert xəbərdarlıq sistemindən istifadə etməklə yanğına qarşı təlim keçirilib “Politis” qəzeti qeyd edib ki, CY-Alert sistemi fövqəladə və fəlakət hadisələri zamanı vətəndaşların mobil telefonlarına bildiriş göndərən sistemdir Qəzet bildirib ki, təlim çərçivəsində

Dünən Larnakanın Ora kəndində CY-Alert xəbərdarlıq sistemindən istifadə etməklə yanğına qarşı təlim keçirilib “Politis” qəzeti qeyd edib ki, CY-Alert sistemi fövqəladə və fəlakət hadisələri zamanı vətəndaşların mobil telefonlarına bildiriş göndərən sistemdir Qəzet bildirib ki, təlim çərçivəsində Larnakanın Ora bölgəsində vətəndaşların mobil telefonlarına gələn bildirişlər nəticəsində ərazi boşaldılıb. Xəbərlərdə o da qeyd olunub ki, vətəndaşlar polis və Mülki Müdafiə qruplarının rəhbər göstərişlərinə əməl ediblər Mülki Müdafiə Təşkilatının mətbuat katibi Panayiotis Liasidi verdiyi açıqlamada, dünən Larnaka, Pafos və Famaqusta bölgələrində 7 təlim keçirildiyini bildirib Liasidi qeyd edib ki, təlimlər iyunun 10-da Kalopanayioti və Fini bölgələrində keçiriləcək Liasidi həmçinin bildirib ki, təlimlər fövqəladə vəziyyətdə evakuasiya tələb olunarsa nə baş verəcəyini görmək məqsədi daşıyır


