LANDAU Məktəbinin tələbələri Yelo Bankda təcrübə proqramında iştirak ediblər (FOTO)
Gənclərin inkişafına daim dəstək verən, maliyyə savadlılığını artıran Yelo Bank növbəti sosial layihəsini həyata keçirib. Bank bu dəfə qapılarını LANDAU məktəbinin tələbələrinin üzünə açıb Bir həftəlik proqram çərçivəsində tələbələr hər gün Bankın müxtəlif strukturlarında olub, daxili iş prosesləri

Gənclərin inkişafına daim dəstək verən, maliyyə savadlılığını artıran Yelo Bank növbəti sosial layihəsini həyata keçirib. Bank bu dəfə qapılarını LANDAU məktəbinin tələbələrinin üzünə açıb Bir həftəlik proqram çərçivəsində tələbələr hər gün Bankın müxtəlif strukturlarında olub, daxili iş proseslərini yaxından izləyib, komanda ilə çiyin-çiyinə real iş təcrübəsi qazanıblar. Bu praktik yanaşma gənclərə bank sektorunun funksiyalarını dərindən dərk etməyə imkan verdi Layihənin yekun mərhələsi tələbələrin maliyyə savadlılığının artırılmasına həsr olunub. Təlim zamanı gənclərə büdcə planlaşdırma üsulları, maliyyə məqsədlərinin qoyulması, xərclərin düzgün tənzimlənməsi üsulları öyrədilib. İnteraktiv müzakirələrdə tələbələr real həyatdan nümunələr əsasında maliyyə qərarları qəbul etməyi öyrəndilər Proqramın sonunda gənc iştirakçılara uğurlu fəaliyyətlərinə görə sertifikatlar təqdim olunub. Yelo Bank gələcək nəslin peşəkar inkişafına və maliyyə dünyasına inteqrasiyasına yönəlmiş bu tip layihələri davam etdirmək məqsədi daşıyır. Bank xidmətlərimiz haqqında ətraflı məlumat lazımdır? Sonra 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və ya yelo.az hesablarımıza daxil olun. Yelo Bank – Daha Parlaq Bankçılıq!
Diğer Haberler

Böyük Britaniyada 2027-ci ildən 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək - Vlast analitik onlayn jurnalı

Qırğızıstan MDB-də ilk olaraq protezlərin 3D çapını işə saldı: artıq Akçabarda aylarla gözləmək lazım deyil
