Laçında "Yeni Yaşayış Məhəlləsi" salınır: 340 mənzil
Laçın şəhərində "Yeni Yaşayış Məhəlləsi"nin təməli qoyulur Publika.az xəbər verir ki, bu barədə Report-a məlumat verən Laçın rayonunda Prezidentin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bildirib ki, bu, həm mənzil fondunun genişləndirilməsi, həm də yerli əhalinin məşğulluq imkanlarının artı

Laçın şəhərində "Yeni Yaşayış Məhəlləsi"nin təməli qoyulur Publika.az xəbər verir ki, bu barədə Report-a məlumat verən Laçın rayonunda Prezidentin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bildirib ki, bu, həm mənzil fondunun genişləndirilməsi, həm də yerli əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır Artıq layihə üzrə hazırlıq və mobilizasiya işlərinə start verilib. Tikinti müddəti 24 ay olaraq müəyyənləşdirilib. Hazırda ərazidə şaquli planlama və tikinti sahəsinin hazırlanması istiqamətində işlər aparılır Ümumi sahəsi 57 min 470 kvadratmetr olan yeni yaşayış məhəlləsi Laçının şəhərsalma konsepsiyasına uyğun şəkildə layihələndirilib Layihəyə əsasən ərazidə ümumilikdə 19 çoxmənzilli yaşayış binası inşa ediləcək. Bunlardan 11-i iki bloklu, 8-i isə bir bloklu olacaq. Binalar 3, 4 və 5 mərtəbədən ibarət olmaqla ümumilikdə 340 mənzili əhatə edəcək "Laçında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramının tərkib hissəsi olan "Yeni Yaşayış Məhəlləsi" şəhərin müasir inkişaf konsepsiyasına uyğun yaşayış mühitinin formalaşdırılmasına, iqtisadi canlanmanın sürətlənməsinə və sakinlərin rifahının yüksəlməsinə xidmət edəcək. Layihənin tamamlanması ilə şəhərin yaşayış fondu daha da genişlənəcək, sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar yaranacaq və bölgənin sosial-iqtisadi inkişafına əlavə təkan veriləcək", - H. Quliyev deyib Moskvadan Bakı və İrəvan siqnalı: Yeni “3+3” görüşünün yeri açıqlandı Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir - FOTO Qarabağ bölgəsinin bərpasında iştirak etmişəm - Adrian Qriffiths Ağdamda İşğal və Zəfər Muzeyləri kompleksi inşa olunacaq - 44 milyonluq layihə Şuşa şəhərinə bu il köç olmayacaq Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq? Günün ulduz falı: Yeni dostlar qazanacaqsız Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir Onlar vəzifədən azad edildilər - Sərəncam


