Tenqri
Ana Səhifə
Dünya

Laçında keçirilən əmək yarmarkasında 21 müəssisə iş yerləri təqdim edib VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda növbəti əmək yarmarkası keçirilib Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarmarkanın açılışı zamanı Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov

0 baxışazertag.az
Laçında keçirilən əmək yarmarkasında 21 müəssisə iş yerləri təqdim edib VİDEO
Paylaş:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda növbəti əmək yarmarkası keçirilib Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarmarkanın açılışı zamanı Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının icrası çərçivəsində doğma yurdlarına köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təminatı sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb Həmin tədbirlər sırasında əmək yarmarkalarının təşkilinə də xüsusi əhəmiyyət verildiyi, işğaldan azad edilmiş ərazilərdə ötən dövrdə işəgötürənlərlə sıx əməkdaşlıqda 36 əmək yarmarkasının təşkil edildiyi qeyd olunub Əmək yarmarkasında 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik-qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnadıçı, fəhlə, dəmirçi, gözətçi və digər peşə istiqamətləri üzrə ümumilikdə 90-dək vakansiya təqdim olunub Tədbirdə iştirak edən işsiz və işaxtaran şəxslərə vakansiyalar barədə ətraflı məlumat verilib, onların uyğun işlərə yönləndirilməsi həyata keçirilib. Bununla yanaşı, vətəndaşlara Dövlət Məşğulluq Agentliyinin icra etdiyi aktiv məşğulluq proqramları və layihələri barədə də məlumatlar verilib Qarabağ Peşə Hazırlığı Mərkəzi də tədbirdə öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslər Mərkəzin fəaliyyəti, təşkil olunan kurslar və müraciət qaydaları barədə məlumatlandırılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler