Əl-Zaidi: İraq İran və ABŞ arasında vasitəçi kimi çıxış edə bilər
İraq İran və ABŞ arasındakı danışıqlarda vasitəçi kimi çıxış edə bilər "Report" xəbər verir ki, bu təklifi İraqın Baş naziri səlahiyyətlərini icra edən Əli Əl-Zaidi İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı edib "İraq münaqişələrin həllinin diplomatik yollarına sadiqdir və İranla A

İraq İran və ABŞ arasındakı danışıqlarda vasitəçi kimi çıxış edə bilər "Report" xəbər verir ki, bu təklifi İraqın Baş naziri səlahiyyətlərini icra edən Əli Əl-Zaidi İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı edib "İraq münaqişələrin həllinin diplomatik yollarına sadiqdir və İranla ABŞ arasında vasitəçi kimi çıxış edə bilər", - Əl-Zaidi "X" sosial şəbəkəsində danışığın yekunlarına dair yazıb Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib Aprelin 8-ə keçən gecə İran, ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılıq əldə etmədən başa çatdırıblar ABŞ Tehrana təzyiq vasitəsi kimi İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran bildirib ki, Hörmüz Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlanıb. Regiondakı vəziyyət dünya enerji böhranına səbəb olub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


