Çində elektrikli avtomobillərin artması ilə havanın çirklənməsi kəskin şəkildə azalıb
Bişkek, 08.06.26. /Xəbərlər/. Çində elektriklə işləyən avtomobillərin sayının artması bir çox şəhərlərdə havanın daha təmiz olmasına səbəb olub. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunun nəticəsində ətraf mühitin çirklənməsi nəticəsində yaranan xəstəliklərdən ölənlərin sayı azalıb Çi

Bişkek, 08.06.26. /Xəbərlər/. Çində elektriklə işləyən avtomobillərin sayının artması bir çox şəhərlərdə havanın daha təmiz olmasına səbəb olub. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunun nəticəsində ətraf mühitin çirklənməsi nəticəsində yaranan xəstəliklərdən ölənlərin sayı azalıb Çin elektrik avtomobillərinin istehsalı və satışı üzrə dünya lideridir. Ölkə hökuməti bu sənayeni dəstəkləmək üçün son iki onillikdə yüz milyardlarla dollar sərmayə qoyub. Nəticədə 2025-ci ildə Çində satılan bütün avtomobillərin yarıdan çoxu elektriklə işləyən avtomobillər olacaq Keçən ay yayımlanan peyk araşdırmasına görə, elektrik, hibrid və hidrogenlə işləyən avtomobillərin geniş yayıldığı 150 şəhərdə karbon emissiyalarında 30%, ən zərərli hissəciklərdə isə 23%-dən çox azalma müşahidə olunub Alimlərin fikrincə, nəqliyyatın elektrikləşdirilməsi bütün ekoloji problemləri tam həll etməsə də, böyük şəhərlərdə havanın keyfiyyətinə və əhalinin sağlamlığına müsbət təsir göstərdiyini sübut edib Qeyd edək ki, havanın çirklənməsi hər il dünyada 4 milyondan çox insanın ölümünə səbəb olur ki, bunun da dörddə biri Çinin payına düşür. Bunun əsas səbəbi adi yanacaqla işləyən avtomobillərin zərərli qazlar buraxmasıdır


