104 min 500 Qırğızıstan vətəndaşı Rusiyanın “qara siyahısı”ndadır
104 min 500 Qırğızıstan vətəndaşı Rusiyanın “qara siyahısı”ndadır, bundan başqa, 90 min 721 Qırğızıstan vətəndaşı bu ölkənin nəzarət reyestrinə daxil edilib Bu barədə “Azadlıq”a Əmək, Sosial Müdafiə və Miqrasiya Nazirliyindən məlumat verilib. Məlumata görə, 2025-ci ildə Rusiyanın “qara siyahısı”nd

104 min 500 Qırğızıstan vətəndaşı Rusiyanın “qara siyahısı”ndadır, bundan başqa, 90 min 721 Qırğızıstan vətəndaşı bu ölkənin nəzarət reyestrinə daxil edilib Bu barədə “Azadlıq”a Əmək, Sosial Müdafiə və Miqrasiya Nazirliyindən məlumat verilib. Məlumata görə, 2025-ci ildə Rusiyanın “qara siyahısı”nda 91 min 566 Qırğızıstan vətəndaşı olub 2025-ci il fevralın 5-dən əcnəbi vətəndaşlar üçün “nəzarət olunan şəxslər” reyestri fəaliyyətə başlayıb. Siyahıda olanların hüquqları ciddi şəkildə məhdudlaşdırılıb, onlara əvvəlcədən xəbərdarlıq etmədən avtomobil sürmək, nikaha daxil olmaq, əmlakı qeydiyyata almaq, bank hesabı açmaq, yaşayış yerini dəyişmək qadağan edilib. Belə bir miqrantın deportasiya riski yüksəkdir Qırğızıstanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin müdiri Bakyt Asanəliyevin sözlərinə görə, Rusiyada 472 mindən çox Qırğızıstan vətəndaşı işləyir. Onlardan 268 min 460 nəfəri miqrant kimi qeydiyyatdadır. (BTo/KE)


