Qırğızıstan Yaxın Şərqdə vəziyyətin pisləşməsindən narahatlığını bildirib
Qırğızıstan Yaxın Şərqin bir sıra ölkələrinin ərazilərinə təkrar hava zərbələri endirməsindən narahatlığını bildirib Rəsmi Bişkek münaqişənin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə xələl gətirə biləcək istənilən hərbi hərəkətləri pisləyib, tərəfləri səbirli olmağa, vəziyyətin daha da g

Qırğızıstan Yaxın Şərqin bir sıra ölkələrinin ərazilərinə təkrar hava zərbələri endirməsindən narahatlığını bildirib Rəsmi Bişkek münaqişənin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə xələl gətirə biləcək istənilən hərbi hərəkətləri pisləyib, tərəfləri səbirli olmağa, vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməyə və atəşkəs rejiminə riayət etməyə çağırıb Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir: “Beynəlxalq hüquq normalarına və Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinə, xüsusən də münaqişənin tərəfləri olmayan Körfəz ölkələri ilə bağlı ciddi riayət etməyə, habelə münaqişənin hərbi deyil, diplomatik yolla həlli istiqamətində səyləri davam etdirməyə çağırır” İyunun 2-si axşam və 3-nə keçən gecə İran qonşu ölkələrə - ABŞ hərbi bazalarının yerləşdiyi Küveyt və Bəhreynə dəfələrlə pilotsuz təyyarələr və raket zərbələri endirib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb Açıqlamaya görə, İranın qonşu ölkələrə atdığı bir neçə raket hədəfə çatmayıb. Bəhreynə yönələn pilotsuz təyyarələr Amerika və Bəhreyn hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, Küveytə yönələn iki raket də havada məhv edilib İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın 5-ci Donanmasının qərargahı və Bəhreyndəki hərbi bazasının məhv edildiyini bildirib. Amerika komandanlığı bu xəbəri təkzib edib və amerikalı əsgərlər arasında itki olmadığını bildirib Bu, ABŞ və İran arasında aprel atəşkəs razılaşmasından sonra ilk böyük zərbələrdir. Tərəflərin vasitəçilərlə apardığı sülh danışıqları hələ ki, nəticə verməyib. (Bto)


