Tenqri
Ana Səhifə
İqtisadiyyat

Qırğızıstan Aİ-nin aviasiya təhlükəsizliyi “qara siyahısı”ndan çıxarılıb

BAKI, Azərbaycan, 9 iyun. Qırğızıstan Avropa İttifaqı çərçivəsində fəaliyyətinə qadağa qoyulan aviadaşıyıcıların siyahısından çıxarılıb Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun bildirişinə əsasən, Qırğızıstanda sertifikatlaşdırılmış bütün aviadaşıyıcılar Aİ-yə uçuşlar h

0 baxıştrend.az
Qırğızıstan Aİ-nin aviasiya təhlükəsizliyi “qara siyahısı”ndan çıxarılıb
Paylaş:

BAKI, Azərbaycan, 9 iyun. Qırğızıstan Avropa İttifaqı çərçivəsində fəaliyyətinə qadağa qoyulan aviadaşıyıcıların siyahısından çıxarılıb Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun bildirişinə əsasən, Qırğızıstanda sertifikatlaşdırılmış bütün aviadaşıyıcılar Aİ-yə uçuşlar həyata keçirməsi qadağan edilən daşıyıcıların Aİ Hava Təhlükəsizliyi Siyahısından çıxarılıb Qərar Aİ Hava Təhlükəsizliyi Komitəsinin (ASC) 19-21 may 2026-cı il tarixlərində keçirilmiş iclasından sonra qəbul edilib və Avropa Komissiyasının müvafiq qaydası ilə rəsmiləşdiriləcək. Qırğızıstan 2006-cı ildən bu siyahıya daxil edilib Son illər Qırğız Respublikasının Prezidenti Sadır Japarovun tapşırıqlarına uyğun olaraq mülki aviasiya sektorunda islahatların aparılması, uçuşların təhlükəsizliyinə dövlət nəzarətinin gücləndirilməsi, milli aviasiya təhlükəsizliyi sisteminin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğunlaşdırılması istiqamətində sistemli işlər həyata keçirilib Bundan əlavə, Avropa Komissiyası texniki məsləhətləşmələrin nəticələri, 2026-cı ilin martında keçirilmiş qiymətləndirmə səfəri və Brüsseldə keçirilən uğurlu dinləmələr də daxil olmaqla əldə edilmiş tərəqqi yüksək qiymətləndirib Avropa Komissiyası əldə olunan nəticələri saxlamaq üçün Qırğızıstan tərəfi ilə texniki əməkdaşlığı davam etdirəcək

Kaynak: trend.az

Diğer Haberler